Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” 2012-ci il 1 noyabr tarixli 718 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 772, № 8, maddə 1521; 2018, № 2, maddə 175; 2019, № 9, maddə 1487; 2020, № 2, maddə 105) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 7-ci hissəsinin ikinci abzasına “Katiblik” sözündən sonra “İdarələrarası Komissiyanın Aparatı funksiyasını həyata keçirən” sözləri əlavə edilsin.
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982) 3.6.2-ci yarımbəndinə və 3.22-4-cü bəndinə “Komissiyası” sözündən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 yanvar tarixli 1580 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı və 2.3.3-cü yarımbəndlərində “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanlar” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi nəzərdə tutulur.”.
4. “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 718 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1078; 2018, № 2, maddə 176) 3-cü hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2022-ci il
5 апреля 2022, 16:044 октября 2022, 15:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный учитель» работникам образования, отличившимся в проведении предметных олимпиад и особыми достижениями в сфере подготовки учащихся подробно...
4 октября 2022, 15:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении работникам образования Азербайджанской Республики почетного звания «Заслуженный учитель» подробно...
4 октября 2022, 15:10
Распоряжение Президента Азербайджанской Республики О награждении работников образования Азербайджанской Республики медалью «Терегги» подробно...
3 октября 2022, 16:10
Распоряжение Президента Азербайджанской Республики О праздновании 150-летнего юбилея Омара Фаига Неманзаде подробно...
3 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О награждении группы лиц по случаю 50-летнего юбилея Федерации дзюдо Азербайджана подробно...
3 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный деятель физической культуры и спорта» группе спортивных специалистов по случаю 50-летнего юбилея Федерации дзюдо Азербайджана подробно...
3 октября 2022, 13:10
Распоряжение Президента Азербайджанской Республики О предоставлении Президентской стипендии студентам, поступившим в высшие учебные заведения Азербайджанской Республики в 2022/2023 учебном году подробно...
29 сентября 2022, 16:09
Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2023 года в Aзербайджанской Республике “Годом Гейдара Алиева” подробно...
22 сентября 2022, 13:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, капитальному ремонту и восстановлению здания полной средней школы села Забух Лачинского района подробно...
22 сентября 2022, 13:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, капитальному ремонту и восстановлению здания полной средней школы номер 2 города Лачин подробно...