“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636; 2015, № 5, maddə 520; 2018, № 5, maddə 928; 2021, № 6 (I kitab), maddə 567; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1553 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.2-ci yarımbəndə “vəsiqəsi” sözündən sonra “(bu Əsasnamənin 3.2.6-cı yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
2. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd əlavə edilsin:
“3.2.6. xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:
1. ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış.”.
3. Aşağıdakı məzmunda 3.2-1-ci yarımbənd əlavə edilsin:
“3.2-1. Bu Əsasnamənin 3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş hallarda şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu verilir.”.
4. 3.16-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bununla əlaqədar bu Əsasnamənin 3.5-1-ci, 3.6-cı və 3.9-cu bəndlərinin tələbləri Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna da şamil olunur.”.
5. Həmin Əsasnaməyə 1 nömrəli əlavəyə aşağıdakı məzmunda 2.1.3.4-cü yarımbənd əlavə edilsin:
2.1.3.4. Ümumvətəndaş pasportu (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə) |
|
|
|
6. Həmin Əsasnaməyə 2 nömrəli əlavəyə aşağıdakı məzmunda 2.1.3.5-ci və 2.1.3.6-cı yarımbəndlər əlavə edilsin:
2.1.3.5. Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşına pasport ilk dəfə verildikdə |
|
|
|
1. doğum haqqında şəhadətnamə |
|
|
|
2. qan qrupu haqqında tibbi arayış |
|
|
|
2.1.3.6. Ümumvətəndaş pasportu (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə) |
|
|
|
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2022-ci il
11 марта 2022, 15:0322 июля 2014, 15:07
Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане подробно...
22 июля 2014, 09:07
Энергетический надзор введён в Азербайджане подробно...
22 июля 2014, 09:07
О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
21 июля 2014, 16:07
Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений подробно...
21 июля 2014, 15:07
Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана подробно...
21 июля 2014, 09:07
О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики подробно...
21 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван подробно...
18 июля 2014, 13:07
Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане подробно...
18 июля 2014, 10:07
Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель подробно...
17 июля 2014, 16:07
ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов подробно...