Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara .xidmət göstərilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının 5.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 235; 2020, № 2, maddə 210; 2021, № 3, maddə 280) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. I hissəyə aşağıdakı məzmunda 1.4-cü və 1.5-ci bəndlər əlavə edilsin:
“1.4. Müəssisədə sosial xidmətin göstərilməsi “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir.
1.5. Müəssisəyə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na uyğun olaraq aparılır.”.
2. II hissə aşağıdakı redaksiyada verilsin:
“II. Müəssisədə sosial xidmətin təşkili
2.1. Yetkinlik yaşına çatmayanlara (bundan sonra – şəxslər) müəssisədə aşağıdakı xidmətlər göstərilir:
2.1.1. sığınacaqlara qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun yaşayış yeri ilə təmin edilməsi, onların normal inkişafı üçün şərait yaradılması, şəxslərin pulsuz yemək, geyim, yataq dəstləri, həmçinin zəruri mebel, avadanlıq və ləvazimatlarla təmin olunması;
2.1.2. mərkəzlərə qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun şəraitdə yerləşdirilməsi, onların normal inkişafı üçün şərait yaradılması, pulsuz yemək və geyimlə təmin edilməsi;
2.1.3. şəxslərin ilkin tibbi müayinəsi, onlara ilkin tibbi yardımın göstərilməsi və həkim rəyinə əsasən dərman vasitələri ilə, həmçinin xəstəliyi müəyyən edilmiş şəxslərin ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilməsinin təmin edilməsi;
2.1.4. şəxslərə sosial xidmətin göstərilməsi və onların sosial reabilitasiyasının təşkili məqsədilə sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın və şəxsə sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması, onlara əsasən sosial xidmətin təşkili;
2.1.5. şəxslərin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi, onların depressiya və inkişafa maneə olan psixi pozuntu vəziyyətindən çıxarılması, yaş göstəriciləri, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq psixoloji yardım göstərilməsi;
2.1.6. şəxslərin təhsil səviyyəsinin müəyyənləşdirilməsi, onların fiziki və əqli imkanlarına uyğun təhsil almalarına köməklik göstərilməsi məqsədilə müvafiq təhsil müəssisələrinə müraciət edilməsi və bu istiqamətdə təhsil müəssisələri ilə birgə tədbirlərin təşkili;
2.1.7. şəxslərə sosial-pedaqoji xidmətlərin göstərilməsi;
2.1.8. şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;
2.1.9. şəxslərin məişətdə və ictimai yerlərdə davranış qaydalarına riayət etməsi, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılmasına köməklik göstərilməsi;
2.1.10. şəxslərin dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili;
2.1.11. şəxslərin sadə əmək vərdişlərinə və müxtəlif peşələrə yiyələnmələrinə köməklik göstərilməsi, müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, peşə meyillərinin aşkar edilməsi, peşəyönümünə dair məsləhətlərin verilməsi, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunması və ya peşə hazırlığı kurslarına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
2.1.12. şəxslərin mədəni-asudə vaxtının səmərəli təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;
2.1.13. şəxslərin hüquq və mənafelərinin müdafiəsi məqsədilə onlara hüquqi yardım göstərilməsi;
2.1.14. kimsəsiz uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi, həmçinin sənədlərinin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, təhsili və işlə təmin olunması üçün lazım olan sənədlər) əldə edilməsinə köməklik göstərilməsi;
2.1.15. şəxslərin ailələri ilə görüşmələrinin və telefon vasitəsilə əlaqə saxlamalarının təmin edilməsi;
2.1.16. ailə məsləhət xidməti:
2.1.16.1. şəxslərin reabilitasiya proqramlarının həyata keçirilməsində ailənin və ya qanuni nümayəndələrinin fəal iştirakının təmin edilməsi, həmçinin şəxslərin və ailələrinin psixososial reabilitasiyası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
2.1.16.2. sosial təhlükəli vəziyyətdə olan ailələrə psixokorreksiya yardımı etməklə, şəxslərin ailə mühitinə qaytarılmasına köməklik göstərilməsi;
2.1.16.3. şəxslərin və ailələrinin sosial mühitə uyğunlaşmasına və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi;
2.1.16.4. şəxslərin baxımsızlığına səbəb olan hallara münasibətdə ailələrin hüquqi problemlərinin həllinə köməklik göstərilməsi;
2.1.16.5. şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi ilə əlaqədar ailə ilə maarifləndirici söhbətlər aparılması və ailəyə müvafiq məsləhətlər verilməsi.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 fevral 2022-ci il
17 февраля 2022, 12:028 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде подробно...
7 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Г.Шарифова подробно...
7 января 2015, 09:01
О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой подробно...
30 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» А.Н.Алыева подробно...
30 декабря 2014, 09:12
О помиловании ряда осужденных лиц подробно...
30 декабря 2014, 09:12
О награждении О.С.Асадова орденом «Шараф» подробно...
22 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района подробно...
22 декабря 2014, 09:12
Участникам Первого съезда азербайджанских ученых подробно...