“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.56-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 164.1.56-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə “164.1.54-cü” sözlərindən sonra “, 164.1.56-cı” sözləri əlavə edilsin;

3.2. 1.48-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.49-cu bənd əlavə edilsin:

“1.49. həmin Məcəllənin 164.1.56-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.”.

4. Bu Fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

11 января 2022, 16:01

http://www.azertag.az

2311—2320 из 3607

6 апреля 2016, 09:04

О награждении медалью «Терегги» членов Палаты аудиторов Азербайджанской Республики   подробно...

30 марта 2016, 09:03

О награждении орденом «Шохрат» И.А.Мехтиева   подробно...

30 марта 2016, 09:03

О назначении И.А.Алышова генеральным исполнительным директором юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики   подробно...

30 марта 2016, 09:03

О назначении Н.Р.Мамедовой заместителем председателя Совета директоров юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики   подробно...

30 марта 2016, 09:03

О назначении И.Э.Велиева заместителем министра налогов Азербайджанской Республики   подробно...

30 марта 2016, 09:03

О назначении С.П.Мамедханова первым заместителем министра налогов Азербайджанской Республики   подробно...

30 марта 2016, 09:03

О мерах по обеспечению потребителей водоизмерительными приборами   подробно...

30 марта 2016, 09:03

Об усовершенствовании структуры Министерства культуры и туризма Азербайджанской Республики   подробно...

29 марта 2016, 09:03

О награждении орденом «Шохрат» А.Д.Искендерова   подробно...

29 марта 2016, 09:03

О награждении орденом «Шараф» Дж.А.Алиева   подробно...