Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7, maddə 711) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 61.3-cü maddəyə “işsizlikdən sığorta haqları” sözlərindən sonra “, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları” sözləri əlavə edilsin;

1.2. 965.2.3-cü maddəyə “dövlət fonduna” sözlərindən sonra “, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna” sözləri əlavə edilsin.

Maddə 2. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12 (I kitab), maddə 2529; 2019, № 1, maddə 28, № 4, maddə 600, № 6, maddə 993; 2020, № 5, maddə 515, № 12 (I kitab), maddə 1453) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 35-ci maddənin 5-ci hissəsində “və işsizlikdən” sözləri “, işsizlikdən sığorta haqları və icbari tibbi” sözləri ilə əvəz edilsin;

2.2. 41-1-ci maddənin 4-cü hissəsinin “ç” bəndinə və 53-cü maddənin 1-ci hissəsinin “ç” bəndinin ikinci abzasına “dövlət fonduna” sözlərindən sonra “, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna” sözləri əlavə edilsin.

Maddə 3. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156, № 6, maddə 1056, № 8, maddə 1511; 2018, № 2, maddə 151, № 5, maddələr 853, 867, № 7 (I kitab), maddə 1424, № 8, maddə 1674, № 12 (I kitab), maddə 2528; 2019, № 1, maddə 21, № 2, maddə 203, № 6, maddə 999; 2020, № 7, maddələr 828, 856; 2021, № 4, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 75.4-cü maddədə “sosial sığorta və sosial müdafiə fondlarına ayırmalar” sözləri “məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər” sözləri ilə əvəz edilsin;

3.2. 75.5-ci maddədə “ayırmalar” sözü “ödənişlər” sözü ilə əvəz edilsin.

Maddə 4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8) 82.1.7-ci maddəsinə “vergilər,” sözündən sonra “büdcədənkənar dövlət fonduna” sözləri və “işsizlikdən sığorta haqları üzrə” sözlərindən sonra “, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə” sözləri əlavə edilsin.

Maddə 5. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9; 2018, № 12 (I kitab), maddə 2479; 2019, № 12, maddə 1882) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 19.1-ci maddənin ikinci cümləsində “sosial sığorta ayrılmalarının” sözləri “əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı)” sözləri ilə əvəz edilsin;

5.2. 21.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“21.3. Teatr işçiləri “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta”, “Tibbi sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunurlar.”.

Maddə 6. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558) 119.1.7-ci maddəsində “və dövlət büdcəsi ilə bağlı” sözləri “, habelə “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta”, “Tibbi sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən” sözləri ilə əvəz edilsin.

Maddə 7. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 209; 2010, № 4, maddə 276; 2014, № 11, maddə 1349; 2020, № 5, maddə 515) 8.1.1-ci maddəsində “haqlarının” sözü “haqlarının, icbari tibbi sığorta haqlarının” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521, № 7, maddə 831, № 9, maddə 1136; 2021, № 2, maddə 113, № 7, maddələr 700, 708) 25.2-ci maddəsinə “işsizlikdən sığorta haqqı,” sözlərindən sonra “icbari tibbi sığorta haqqı və” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2021-ci il

22 ноября 2021, 07:11

http://www.azertag.az

51—60 из 3607

28 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении группы сотрудников Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики   подробно...

26 декабря 2022, 16:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Ш.Бадалбейли орденом «Шараф»   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики О назначении З.И.Фати-заде председателем Правления Службы финансового мониторинга Азербайджанской Республики   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли первым заместителем министра культуры Азербайджанской Республики   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя директора Центра Гейдара Алиева   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности министра культуры Азербайджанской Республики   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с проведением в 2023 году очередного конкурса «Восхождение»   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении О.Г.Эльдарова орденом «Эмек» 1-й степени   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О регулировании должностных окладов сотрудников Государственной миграционной службы Азербайджанской Республики, имеющих специальное звание   подробно...

16 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О досрочном прекращении полномочий судьи Сабунчинского районного суда города Баку С.А.Агаева   подробно...