Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.

2. Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilsin.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;

3.3. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır;

3.4. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

4. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin strukturunun təsdiq edilməsi;

4.1.3. Agentliyin idarəetmə orqanının yaradılması, onun rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

4.2.3. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

4.3. Agentliyə:

4.3.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunun, işçilərin say həddinin və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi;

4.3.2. inkişaf istiqamətlərinin müəyyən edilməsi.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının normativ hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.4. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

5.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi öz fəaliyyətini davam etdirsin.

7. Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 oktyabr 2021-ci il

8 октября 2021, 09:10

http://www.azertag.az

3111—3120 из 3607

22 июля 2014, 15:07

Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане   подробно...

22 июля 2014, 09:07

Энергетический надзор введён в Азербайджане   подробно...

22 июля 2014, 09:07

О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями   подробно...

21 июля 2014, 16:07

Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений   подробно...

21 июля 2014, 15:07

Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана   подробно...

21 июля 2014, 09:07

О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики   подробно...

21 июля 2014, 09:07

О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван   подробно...

18 июля 2014, 13:07

Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане   подробно...

18 июля 2014, 10:07

Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель   подробно...

17 июля 2014, 16:07

ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов   подробно...