"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 225

Bakı şəhəri, 10 iyul 2014-cü il

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 195) 2-ci hissəsinin "Kollegiyanın üzvləri" bölməsi aşağıdakı redaksiyada verilsin:

 "Kollegiyanın üzvləri:

 Əliyev Firdovsi Şahmirzə oğlu - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 Quliyev Novruz Məhəmməd oğlu - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 Hacıyev Rauf Vahid oğlu - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 Yaqubov Hafiz Siyavuş oğlu - Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri

 Cəlilov Rövşən Adil oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri

 Hüseynov Xalıqverdi Cəmil oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru

 Cavadov Vaqif Məhəmməd oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru

 İsmayılov Şakir Abli oğlu  - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru

 Aslanov Azər Hidayət oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi

 Səttar-zadə Rasim İsrafil oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin rəisi".

Azərbaycan Respublikasının Baş naziri    Artur Rasi-zadə

 

14 июля 2014, 09:07

http://cabmin.gov.az/

3451—3460 из 3607

6 марта 2014, 14:03

Министерство образования возложило ответственность за школьные учебники на Институт проблем образования   подробно...

6 марта 2014, 12:03

14 марта правительство отчитается перед парламентом Азербайджана   подробно...

6 марта 2014, 12:03

Азербайджан выбрал схему обязательного медицинского страхования через страховые компании и начнёт её применение с 2015 года   подробно...

6 марта 2014, 09:03

Об освобождении Ш.Г.Гаджиева от должности ректора Азербайджанского государственного экономического университета   подробно...

6 марта 2014, 09:03

О назначении А.Дж.Мурадова ректором Азербайджанского государственного экономического университета   подробно...

5 марта 2014, 17:03

Азербайджан дифференцирует ставку пенсионных взносов по отношению зарплаты к прожиточному минимуму   подробно...

5 марта 2014, 15:03

В Азербайджане ограничен размер банковского кредита небанковским организациям и одному заёмщику   подробно...

5 марта 2014, 15:03

Размер автомобильного кредита в Азербайджане официально ограничен для большинства случаев 20% его цены   подробно...

5 марта 2014, 14:03

Первая стадия реформирования среднего образования начинается в Азербайджане с изменения содержания учебной программы   подробно...

5 марта 2014, 10:03

О призыве с 1 по 30 апреля 2014 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы   подробно...