Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 498 nömrəli, “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 235 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 411 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 498 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1045; 2017, № 12 ( I kitab), maddə 2281; 2018, № 6, maddə 1223) 2-ci hissəsində “Fonduna” sözü “Fondunun hesablarına” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644; 2019, № 1, maddə 73; 2021, № 5, maddə 448) ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın 3.1.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1685; 2019, № 2, maddə 212) ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.3.5-ci yarımbəndində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.
4. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli və 17 iyun tarixli 1368 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 6.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.4. dövlət sosial müdafiə fondunun büdcəsi;”;
4.2. 8.5-ci bənddə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2568; 2019, № 11, maddə 1698) ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın 3.5.3-cü yarımbəndində hər iki halda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1357 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.1.2-ci və 3.2.2-ci yarımbəndlərdə “Fondun” sözü “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;
6.2. 3.1.3-cü yarımbənddə “Fondun növbəti il üçün” sözləri “növbəti il üçün dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;
6.3. 4.5.14-cü yarımbəndə “habelə” sözündən sonra “dövlət sosial müdafiə fondunun” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2021-ci il
21 сентября 2021, 19:0911 декабря 2020, 19:12
Постановление Милли Меджлиса Азербайджанской Республики Об утверждении Указа Президента Азербайджанской Республики «Об отмене военного положения» подробно...
11 декабря 2020, 19:12
Постановление Милли Меджлиса Азербайджанской Республики О назначении В.Т.Гюльмамедова председателем Счетной палаты Азербайджанской Республики подробно...
11 декабря 2020, 19:12
Указ Президента Азербайджанской Республики Об отмене военного положения подробно...
9 декабря 2020, 19:12
Указ Президента Азербайджанской Республики О создании Фонда помощи Азербайджанской армии и отмене Указа Президента Азербайджанской Республики “О создании Фонда помощи Вооруженным силам Азербайджанской Республики” от 17 августа 2002 года номер 755 подробно...
8 декабря 2020, 18:12
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Н.Р.Зейналова от должности главы Исполнительной власти Джалилабадского района подробно...
7 декабря 2020, 20:12
Распоряжение Президента Азербайджанской Республики О присвоении А.Н.Нагиеву высшего воинского звания генерал-полковника подробно...
7 декабря 2020, 20:12
Распоряжение Президента Азербайджанской Республики О присвоении О.С.Султанову высшего воинского звания генерал-полковника подробно...
7 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О присвоении высшего воинского звания «генерал-майор» ряду военнослужащих Министерства обороны Азербайджанской Республики подробно...
3 декабря 2020, 18:12
Распоряжение Президента Азербайджанской Республики Об отмене Распоряжения Президента Азербайджанской Республики «Об учреждении Дня Победы в Азербайджанской Республике» от 2 декабря 2020 года номер 2312 подробно...
3 декабря 2020, 18:12
Распоряжение Президента Азербайджанской Республики Об учреждении Дня Победы в Азербайджанской Республике подробно...