"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372) Əlavə 1 - “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın  “Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı” hissəsinə aşağıdakı məzmunda  altıncı abzas əlavə edilsin:

 

Azərbaycan Respublikası vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyul 2014-cü il.

14 июля 2014, 09:07

http://www.azertag.net

3141—3150 из 3607

10 июля 2014, 09:07

О награждении орденом «Шараф» З.И.Гаралова   подробно...

10 июля 2014, 10:07

О назначении Ф.Р.Шафиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Чешской Республике   подробно...

10 июля 2014, 09:07

Об отзыве Т.Т.Тагизаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике   подробно...

9 июля 2014, 17:07

Абульфас Гараев: Отели не готовы принять 5 млн. туристов   подробно...

9 июля 2014, 11:07

Университет ADA: свой Сенат, Опекунский совет, экспериментальные детсады и школы   подробно...

9 июля 2014, 09:07

Об утверждении «Устава Университета «АДА»   подробно...

9 июля 2014, 09:07

О назначении Х.М.Пашаева ректором Университета «АДА»   подробно...

9 июля 2014, 09:07

О проведении 100-летнего юбилея Гылмана Илькина   подробно...

9 июля 2014, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Джаирли-Гызылагадж-Еникенд Гейчайского района   подробно...

9 июля 2014, 09:07

О присвоении Ф.Н.Азизову почетного звания «Заслуженный государственный служащий»   подробно...