Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333) 10.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci cümlədə “Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən” sözləri “Ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə işləyən və ya təcrübə keçən” sözləri ilə əvəz edilsin.
2. İkinci cümlədə “şəxsiyyət vəsiqəsi” sözləri “şəxsiyyət sənədi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “gəmiyə” sözündən əvvəl “ticarət gəmiçiliyi məqsədilə istifadə edilən” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2021-ci il
23 июля 2021, 14:078 апреля 2014, 17:04
Министерство образования Азербайджана поможет абитуриентам выбирать специальности подробно...
8 апреля 2014, 15:04
ICARDA начинает исследования по развитию сельского хозяйства на засолённых почвах в Азербайджане подробно...
8 апреля 2014, 10:04
Возбуждено дело против начальника районного отдела образования подробно...
7 апреля 2014, 17:04
Всемирный банк и Госкомитет по ценным бумагам провели консультации в Баку подробно...
7 апреля 2014, 15:04
В Азербайджане нотариальные конторы будут регистрировать права на имущество подробно...
7 апреля 2014, 12:04
В Азербайджане более половины налогоплательщиков нарушают правила безналичных расчётов подробно...
7 апреля 2014, 11:04
Запущена американская программа деловых стажировок по теме «Упаковка и маркетинг» подробно...
7 апреля 2014, 11:04
В Азербайджане началась экспертиза содержания школьных учебников подробно...
7 апреля 2014, 11:04
Президент Академии наук Азербайджана избран членом Инженерной академии подробно...
7 апреля 2014, 10:04
Появились первые предпочтения в отношении подрядчиков по обновлению подвижного состава «Азербайджанских железных дорог» подробно...