“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 988-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 988-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.
10 июля 2014, 09:07
25 ноября 2015, 09:11
Об освобождении А.Г.Абиева от должности ректора Азербайджанской государственной академии физической культуры и спорта подробно...
25 ноября 2015, 09:11
О проведении 50-летнего юбилея Азербайджанской национальной энциклопедии подробно...
25 ноября 2015, 09:11
Об избрании председателей комитетов Милли Меджлиса Азербайджанской Республики подробно...
25 ноября 2015, 09:11
О реорганизации некоторых комитетов и создании новых комитетов Милли Меджлиса Азербайджанской Республики подробно...
25 ноября 2015, 09:11
Об избрании В.Ф.Алескерова заместителем Председателя Милли Меджлиса Азербайджанской Республики подробно...
25 ноября 2015, 09:11
Об избрании Б.А.Мурадовой заместителем Председателя Милли Меджлиса Азербайджанской Республики подробно...
25 ноября 2015, 09:11
Об избрании З.А. Аскерова первым заместителем Председателя Милли Меджлиса Азербайджанской Республики подробно...
25 ноября 2015, 09:11
Об избрании О.С. Асадова Председателем Милли Меджлиса Азербайджанской Республики подробно...
25 ноября 2015, 09:11
Об итогах выборов депутатов Милли Меджлиса Азербайджанской Республики пятого созыва, проведенных 1 ноября 2015 года подробно...
23 ноября 2015, 09:11
Об утверждении Меморандума взаимопонимания о двусторонних консультациях между Министерством иностранных дел Азербайджанской Республики и Министерством иностранных дел Республики Панама подробно...