Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 85; 2003, № 10, maddələr 546, 582; 2007, № 8, maddə 769; 2008, № 3, maddə 174, № 8, maddə 719, № 9, maddə 798; 2014, № 2, maddə 112; 2020, № 4, maddə 416) 2-ci hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 579; 2008, № 8, maddə 719, № 9, maddə 798) ilə təsdiq edilmiş “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5-ci hissənin ikinci cümləsi çıxarılsın;
2.2. 13-cü hissədən “olmaqla, ayrıca xüsusi razılıqla (lisenziya) və ya icazə ilə” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452; 2019, № 5, maddə 816) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndindən “və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla” sözləri və “xüsusi” sözü çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245; 2008, № 10, maddə 898; 2009, № 4, maddə 219, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 3, maddə 458; 2017, № 3, maddə 360; 2018, № 11, maddə 2278) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 8.33-cü bənddən “aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla” sözləri çıxarılsın;
4.2. 9.14-cü bənddən “məhdudlaşdırmaq,” sözü çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2021-ci il
14 июля 2021, 09:0719 мая 2021, 19:05
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Нахчыванской Автономной Республике оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
18 мая 2021, 19:05
Распоряжение Президента Азербайджанской Республики О награждении Олжаса Сулейменова орденом «Şərəf» подробно...
17 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Агдаш-Зараган (40 км)-Беюк Пирали-Кичик Пирали-Хырхатала-Джигателли-Гамзали Габалинского района подробно...
17 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в поселке Нидж Габалинского района подробно...
8 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству новой общеобразовательной школы в городе Шуша подробно...
8 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, строительству и монтажу системы теплоснабжения в городе Шуша подробно...
8 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству, капитальному ремонту и восстановлению учебных заведений в городе Баку и его поселках подробно...
7 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики Об объявлении города Шуша культурной столицей Азербайджана подробно...
7 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О предоставлении деятелям культуры Азербайджана персональной пенсии Президента Азербайджанской Республики подробно...
7 мая 2021, 20:05
Распоряжение Президента Азербайджанской Республики О предоставлении деятелям искусства премий Президента Азербайджанской Республики подробно...