Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 220-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8 maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17) 2.3-cü bəndində “ölkələrin” sözü “dövlətlərdə qeydiyyatda olan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndində “dövlətlərin” sözü “dövlətlərdə qeydiyyatda olan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin 1-ci bəndində “dövlətlərin” sözü “dövlətlərdə qeydiyyatda olan” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2021-ci il
23 июня 2021, 16:064 апреля 2014, 16:04
О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева подробно...
4 апреля 2014, 15:04
Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря подробно...
4 апреля 2014, 11:04
Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда подробно...
4 апреля 2014, 08:04
О проведении 100-летнего юбилея Барат Шекинской подробно...
4 апреля 2014, 08:04
О награждении орденом «Достлуг» А.С.Дзасохова подробно...
3 апреля 2014, 11:04
Счётная палата готова выступить с ежегодным отчётом подробно...
3 апреля 2014, 10:04
Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну подробно...
3 апреля 2014, 10:04
О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям подробно...
3 апреля 2014, 10:04
Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы» подробно...
3 апреля 2014, 10:04
О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района подробно...