Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2) aşağıdakı dəyişikliklər edilsin:
1. 43-cü maddənin 2-ci hissəsinin “b” və “ğ” bəndlərində, 1 nömrəli əlavə - “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.1-ci bəndində (hər iki halda) “dövlət sosial sığorta şəhadətnaməsinin” sözləri “sosial sığorta” sözləri ilə əvəz edilsin.
2. 48-ci maddənin 1-ci hissəsindən “və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılsın.
3. 307-ci maddənin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Sığorta olunmuş işçiyə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2021-ci il
16 июня 2021, 20:0622 февраля 2016, 09:02
О мерах по строительству автомобильной дороги Говлар- Эйюблу-Алакол-Ибрагимгаджилы- Яныглы-Агаджгала-Гочдере-Чобансыгнаг-Йогунбулаг-Сарытала Товузского района подробно...
22 февраля 2016, 09:02
Народному поэту Нариману Гасанзаде подробно...
19 февраля 2016, 09:02
О проведении 90-летнего юбилея Первого тюркологического съезда подробно...
19 февраля 2016, 09:02
О дополнительных мерах по строительству Гянджинской государственной филармонии подробно...
18 февраля 2016, 09:02
Сообщение пресс-службы Президента подробно...
16 февраля 2016, 09:02
Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые прибудут в Азербайджанскую Республику в связи с организацией и проведением финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет подробно...
16 февраля 2016, 09:02
Об обеспечении проведения в 2016 году в Азербайджанской Республике финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет подробно...
11 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района подробно...
10 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Зазалы-комплекс «Имамзаде»-Гянджа города Гянджи подробно...
9 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Текле-Сюндю-Хильмилли Гобустанского района подробно...