“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 995-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 995-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.
10 июля 2014, 09:07
28 ноября 2014, 09:11
О предоставлении финансовой помощи религиозным общинам в Азербайджане подробно...
28 ноября 2014, 09:11
Президенту Исламской Республики Мавритания Его превосходительству господину Мохаммеду ульд Абдель Азизу подробно...
28 ноября 2014, 09:11
Президенту Республики Албания Его превосходительству господину Буяру Нишани подробно...
27 ноября 2014, 09:11
Об утверждении «Правил осуществления государственного градостроительного контроля» подробно...
27 ноября 2014, 09:11
Участникам международной конференции на тему «Индустриализация в XXI веке: основные тренды, современный подход и опыт в промышленной политике» подробно...
25 ноября 2014, 09:11
Председателю Президиума Боснии и Герцеговины Его превосходительству господину Младену Иваничу подробно...
24 ноября 2014, 09:11
О предоставлении Ф.М.Сулейманову почетного звания «Заслуженный инженер» подробно...
24 ноября 2014, 09:11
О награждении медалью «Терегги» работников Гянджинского автомобильного завода подробно...
24 ноября 2014, 09:11
Новоизбранному Президенту Румынии Его превосходительству господину Клаусу Йоханнису подробно...
24 ноября 2014, 09:11
О дополнительных мерах в области совершенствования работы по выдаче виз подробно...