“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 993-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 993-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2014-cü il.

 

10 июля 2014, 09:07

http://www.azertag.net

3281—3290 из 3607

7 мая 2014, 16:05

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66%   подробно...

7 мая 2014, 11:05

В Азербайджане впервые будут созданы летние школы для учащихся   подробно...

7 мая 2014, 11:05

В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон   подробно...

7 мая 2014, 10:05

Издан «Русско-азербайджанский толковый юридический словарь»   подробно...

6 мая 2014, 16:05

Министерство образования проведёт диагностику в бакинских школах   подробно...

6 мая 2014, 14:05

Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано   подробно...

6 мая 2014, 12:05

Вводятся особые стандарты качества интернета   подробно...

6 мая 2014, 11:05

Изменено положение МЧС Азербайджана   подробно...

6 мая 2014, 09:05

О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора   подробно...

6 мая 2014, 09:05

О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...