“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2 (II kitab), maddə 268, № 3, maddə 472; 2017, № 10, maddə 1780; 2018, № 7 (I kitab), maddə 1453; 2019, № 5, maddə 847) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi” üzrə:
1.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) təsdiq edir.”;
1.2. 4.2-ci, 4.7-ci və 4.9-cu bəndlər ləğv edilsin;
1.3. 4.3-cü bənddə birinci halda “Şirkətin” sözü “Şirkət” sözü ilə əvəz edilsin;
1.4. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.4. Şirkətin strukturuna daxil olan qurumların, həmçinin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir.”;
1.5. 4.5-ci bənddə “Şirkət tərəfindən yaradılan müəssisələr, təşkilatlar və digər təsisatlar” sözləri “Şirkətin strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin və həmin bəndə “aparılması” sözündən sonra “Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, bu Nizamnamə və AİH-nin müəyyən etdiyi qaydalar və ya AİH-nin razılığı ilə” sözləri əlavə edilsin;
1.6. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“4.6. Şirkət tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir.”;
1.7. 4.8-ci bənddə “bilavasitə Şirkət iştirak edə bilər” sözləri “Şirkətin bilavasitə iştirakı ilə bağlı qərarları Şirkətin Müşahidə Şurası qəbul edir” sözləri ilə əvəz edilsin;
1.8. 4.10-cu bəndə “strukturuna daxil olan qurumların” sözlərindən sonra “, törəmə və asılı təsərrüfat cəmiyyətlərinin” sözləri əlavə edilsin;
1.9. 4.13-cü bənddə “iş proqramlarının və” sözləri “iş planları, habelə” sözləri ilə əvəz edilsin;
1.10. V bölmə aşağıdakı redaksiyada verilsin:
“V. Şirkətin idarə olunması
5.1. Şirkət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Şirkətin korporativ idarəetmə standartları AİH tərəfindən təsdiq olunur.
5.2. Şirkətin ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır. Şirkətin idarəetmə orqanları Müşahidə Şurası və kollegial icra orqanı – İdarə Heyətidir.
5.3. Ümumi Yığıncağın müstəsna səlahiyyətləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Sərəncamı ilə müəyyən edilir. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilməyən məsələlər barədə qərarlar nizamnaməsinə uyğun olaraq AİH tərəfindən qəbul olunur.
5.4. Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) həyata keçirir. Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir.
5.5. Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:
5.5.1. Şirkətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
5.5.2. Şirkətin İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək, AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin fəaliyyətini qiymətləndirmək;
5.5.3. İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan Respublikasının qanunları ilə yol verilməyən hallar istisna olmaqla, Müşahidə Şurasının üzvlərinin mükafatlandırılması qaydasını müəyyən etmək;
5.5.4. Şirkətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, törəmə və asılı təsərrüfat cəmiyyətlərini yaratmaq, onların nizamnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.5. Şirkətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.6. Şirkətin risklərin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək;
5.5.7. Şirkətin mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək;
5.5.8. Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək;
5.5.9. Şirkətin illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək;
5.5.10. Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Şirkətin investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Şirkətin inkişaf strategiyasının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;
5.5.11. satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək;
5.5.12. Şirkətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən çox məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
5.5.13. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
5.5.14. Şirkətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarət etmək;
5.5.15. Şirkətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, Şirkətin maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;
5.5.16. Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
5.5.17. Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
5.5.18. Audit Komitəsinin, daxili audit bölməsinin və müstəqil auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görmək;
5.5.19. mənfəətin və zərərin bölgüsünü, illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
5.5.20. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
5.5.21. Şirkətin filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.22. bu Nizamnamə ilə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə, habelə Müşahidə Şurası haqqında AİH-nin təsdiq etdiyi əsasnamə ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
5.6. Müşahidə Şurası özünün səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini Şirkətin İdarə Heyətinə həvalə edə bilməz.
5.7. Şirkətin Müşahidə Şurasının üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq həyata keçirilir.
5.8. Müşahidə Şurasının sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Müşahidə Şurasının iclasını çağırır və iclaslara sədrlik edir.
5.9. Müşahidə Şurasının iclaslarının keçirilməsi təşəbbüsü ilə Şirkətin Ümumi Yığıncağı, Müşahidə Şurasının üzvü və ya İdarə Heyətinin rəhbəri – Şirkətin prezidenti çıxış edir.
5.10. Müşahidə Şurasının iclasları onun üzvlərin bilavasitə iştirakı ilə əyani formada, informasiya texnologiyalarından istifadə etməklə distant formada, üzvlərin bilavasitə iştirakı olmadan qiyabi formada, yaxud qarışıq formada keçirilə bilər.
5.11. Müşahidə Şurasının iclasının gündəliyi iclasa ən azı 2 (iki) həftə qalmış korporativ katib vasitəsilə tövsiyələrin hazırlanması üçün AİH-yə göndərilir. AİH iclasa ən azı 1 (bir) həftə qalmış gündəliyə daxil edilmiş hər bir məsələyə dair tövsiyələrini hazırlayıb Müşahidə Şurasına göndərir.
5.12. Müşahidə Şurasının üzvlərinə, AİH-yə və iclasa dəvət olunmuş Şirkətin prezidentinə və digər şəxslərə iclasın keçiriləcəyi yer və vaxt (distant formada keçirilən iclaslara münasibətdə iclasın keçiriləcəyi vaxt), habelə AİH-nin tövsiyələri ilə birlikdə gündəliyə daxil edilmiş məsələlər barədə korporativ katib iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri sənədləri əlavə etməklə yazılı məlumat verir.
5.13. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə, qiyabi formada keçirilən iclasları isə üzvlərin yarıdan çoxu səsvermə bülletenlərini imzaladıqda səlahiyyətlidir. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarına Müşahidə Şurasının üzvü olmayan şəxslər də dəvət oluna bilərlər.
5.14. Müşahidə Şurasının iclaslarında qərarlar aşağıdakı qaydada qəbul olunur:
5.14.1. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir;
5.14.2. Müşahidə Şurasının qiyabi formada keçirilən iclaslarında qərarlar üzvlər tərəfindən səsvermə bülletenlərinin imzalanması yolu ilə qəbul edilir;
5.14.3. Müşahidə Şurasının qarışıq formada keçirilən iclaslarında qərarlar bu Nizamnamənin 5.14.1-ci yarımbəndinə uyğun olaraq keçirilən səsvermə və bu Nizamnamənin 5.14.2-ci yarımbəndinə uyğun olaraq səsvermə bülletenlərini imzalamış üzvlərin səsi nəzərə alınmaqla qəbul edilir;
5.14.4. Müşahidə Şurasının üzvü iclasın gündəliyinə daxil edilmiş istənilən məsələ barədə Ümumi Yığıncaq tərəfindən qərar qəbul edilməsi tələbi ilə AİH-yə müraciət edə bilər. Müraciətlə bağlı AİH qərar qəbul edənədək, həmin məsələyə Müşahidə Şurası tərəfindən baxıla bilməz;
5.14.5. iclasın gündəliyinə Müşahidə Şurasının üzvlərinin (sədr də daxil olmaqla) maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında AİH-yə ətraflı yazılı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir;
5.14.6. gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
5.15. Müşahidə Şurasının iclaslarının nəticələri Müşahidə Şurasının sədri və korporativ katib tərəfindən imzalanmaqla protokolla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur.
5.16. Müşahidə Şurası bu Nizamnamənin 5.5.5-ci yarımbəndinə uyğun olaraq aşağıdakı komitələri yaradır:
5.16.1. Audit Komitəsi;
5.16.2. Təyinat və Mükafatlandırma Komitəsi;
5.16.3. Strategiya və İnvestisiyalar Komitəsi.
5.17. Korporativ katib AİH-nin təqdimatına əsasən Müşahidə Şurası tərəfindən Müşahidə Şurasının üzvü olmayan şəxslər sırasından vəzifəyə təyin və vəzifədən azad edilir və Müşahidə Şurasının sədrinə hesabat verir. Korporativ katib Müşahidə Şurasının iclasında iştirak edə bilmədikdə, Müşahidə Şurasının sədri onu əvəz edəcək şəxsi təyin edir.
5.18. Korporativ katib:
5.18.1. Müşahidə Şurasının iclaslarını təşkil edir;
5.18.2. bu Nizamnamənin 5.12-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
5.18.3. Müşahidə Şurasının iclasına aid materialları bu Nizamnamədə göstərilən qaydada və müddətdə AİH-yə və Müşahidə Şurasının üzvlərinə təqdim edir;
5.18.4. AİH ilə Müşahidə Şurasının üzvləri, eləcə də İdarə Heyəti arasında sənəd və məlumat mübadiləsini həyata keçirir;
5.18.5. Müşahidə Şurasının qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Müşahidə Şurasının sədrinə təqdim edir;
5.18.6. Müşahidə Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Müşahidə Şurasının sədrinə təqdim edir.
5.18.7. Müşahidə Şurasının qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
5.19. Şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən ibarətdir.
5.20. Şirkətin İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
5.20.1. Şirkətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək;
5.20.2. Şirkətin mərkəzləşdirilmiş fondlarının yaradılmasına və istifadəsinə dair Müşahidə Şurasına təkliflər vermək;
5.20.3. Şirkətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətlərin, məhsul, xidmət və işlərin qiymətlərini müəyyən etmək;
5.20.4. Şirkətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair qərar qəbul etmək;
5.20.5. Şirkətin xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin mәqsәdәuyğunluğu barədə qərar qəbul etmək;
5.20.6. Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli üçün tədbirlər görmək;
5.20.7. bu Nizamnamə ilə Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll etmək.
5.21. İdarə Heyətinin rəhbəri ayda 1 (bir) dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvləri və Müşahidə Şurası çıxış edir. İdarə Heyətinin iclasında hər bir üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
5.22. İdarə Heyətinin iclaslarına münasibətdə bu Nizamnamənin 5.14.4 – 5.14.6-cı yarımbəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir. İdarə Heyətinin iclasları bu Nizamnamənin 5.15-ci bəndinə uyğun olaraq protokollaşdırılır.
5.23. Şirkətin prezidenti:
5.23.1. Şirkətin işini təşkil edir və onun cari fəaliyyətinə rəhbərlik edir;
5.23.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Müşahidə Şurasına təkliflər verir və sənədlər (o cümlədən Şirkətin illik və rüblük hesabatlarını, habelə strateji planlarının icrası barədə hesabatları) təqdim edir;
5.23.3. Şirkətin korporativ strukturunu və ştat cədvəlini Müşahidə Şurası ilə razılaşdırmaqla təsdiq edir;
5.23.4. Şirkətin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir;
5.23.5. Şirkətin Baş Ofisinin və Şirkətin strukturuna daxil olan qurumların səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər görür;
5.23.6. Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarlarının icrasını təmin edir;
5.23.7. Şirkətin Baş Ofisinin struktur bölmələrinin əsasnamələrini təsdiq edir, bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Şirkətin Baş Ofisinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
5.23.8. dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə Şirkəti təmsil edir;
5.23.9. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Şirkətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
5.23.10. Şirkətin əmlakından bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə edir, Şirkətin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir;
5.23.11. Şirkətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncamlar və əmrlər verir;
5.23.12. Müşahidə Şurası ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, həmçinin onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.23.13. aidiyyəti şəxslərlə Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdlərin təsdiqinə dair Müşahidə Şurasına təkliflər verir;
5.23.14. Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.
5.24. Şirkətin prezidenti müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyətinin üzvlərindən biri icra edir.
5.25. Şirkətin İdarə Heyətinin üzvləri eyni zamanda Şirkətin strukturuna daxil olan müvafiq qurumun rəhbəri vəzifəsini tuta bilərlər.
5.26. Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.”.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci və 2-ci hissələr ləğv edilsin;
2.2. aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:
“3-1. Təyinat və Mükafatlandırma Komitəsi;
3-2. Strategiya və İnvestisiyalar Komitəsi.”;
2.3. 10-cu hissədə “hüquqi şəxslər” sözləri “təsərrüfat cəmiyyətləri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2021-ci il.
8 мая 2021, 20:055 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности первого заместителя министра культуры Азербайджанской Республики подробно...
5 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимова министром культуры Азербайджанской Республики подробно...
4 января 2021, 20:01
Указ Президента Азербайджанской Республики О создании юридического лица публичного права «Фонд возрождения Карабаха» подробно...
4 января 2021, 20:01
Распоряжение Президента Азербайджанской Республики Об утверждении состава Наблюдательного совета Фонда возрождения Карабаха подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О награждении Т.А.Ахмедова орденом «Шохрат» подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О награждении Э.Дж.Мамедова орденом «Шохрат» подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О награждении Т.Й.Рустамханлы орденом «Шохрат» подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О награждении М.И.Ибрагимова орденом «Шараф» подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О награждении Г.А.Гасанова орденом “Шохрат” подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О предоставлении В.А.Джафарову персональной пенсии Президента Азербайджанской Республики подробно...