“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
3.2. həmin Qanunun 113-cü maddəsinin üçüncü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyaları həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.
10 июля 2014, 09:0728 ноября 2014, 09:11
О предоставлении финансовой помощи религиозным общинам в Азербайджане подробно...
28 ноября 2014, 09:11
Президенту Исламской Республики Мавритания Его превосходительству господину Мохаммеду ульд Абдель Азизу подробно...
28 ноября 2014, 09:11
Президенту Республики Албания Его превосходительству господину Буяру Нишани подробно...
27 ноября 2014, 09:11
Об утверждении «Правил осуществления государственного градостроительного контроля» подробно...
27 ноября 2014, 09:11
Участникам международной конференции на тему «Индустриализация в XXI веке: основные тренды, современный подход и опыт в промышленной политике» подробно...
25 ноября 2014, 09:11
Председателю Президиума Боснии и Герцеговины Его превосходительству господину Младену Иваничу подробно...
24 ноября 2014, 09:11
О предоставлении Ф.М.Сулейманову почетного звания «Заслуженный инженер» подробно...
24 ноября 2014, 09:11
О награждении медалью «Терегги» работников Гянджинского автомобильного завода подробно...
24 ноября 2014, 09:11
Новоизбранному Президенту Румынии Его превосходительству господину Клаусу Йоханнису подробно...
24 ноября 2014, 09:11
О дополнительных мерах в области совершенствования работы по выдаче виз подробно...