Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2021-ci il
6 мая 2021, 19:058 июля 2014, 10:07
Лицензия Азербайджанского общественно-политического университета не продлена подробно...
8 июля 2014, 09:07
Студентам-педагогам станут доплачивать до 50% будущей зарплаты подробно...
7 июля 2014, 15:07
Спецификации по оборонному заказу утвердил Азербайджан подробно...
7 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Ени Зод-Чайкенд-Гарабулаг-Гушчу-Сарысу Гейгельского района подробно...
7 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района подробно...
4 июля 2014, 17:07
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 48,47% подробно...
4 июля 2014, 15:07
Завершена пробная сельскохозяйственная перепись в Азербайджане подробно...
4 июля 2014, 14:07
Министерство образования Азербайджана выделит 5 тыс. манатов на общественные идеи по улучшению обучения подробно...
4 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки подробно...
3 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района подробно...