Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi haqqında Nizamnamə”nin 4.4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
dövlət orqanlarından
Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi
Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsi müdirinin müavini
qeyri-hökumət təşkilatlarından
Allahverənov Azər Kərim oğlu – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
Həsənov Əvəz Yediyar oğlu – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
İsgəndərov İsrayıl İsa oğlu – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri
İbrahimov Zaur İbrahim oğlu – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Quliyev Azay Əjdər oğlu – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri
Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
Orucov İlqar Nəcibəddin oğlu – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri
Səfərova Günel Məhərrəm qızı – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 739) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2021-ci il
29 апреля 2021, 10:0418 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...