“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 6, maddə 690, № 8, maddə 1136) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “87” rəqəmləri “88” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 13-cü bəndinin birinci abzasına “azad edilən” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2021-ci il.

23 апреля 2021, 20:04

http://www.azertag.az

3231—3240 из 3607

30 мая 2014, 09:05

О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района   подробно...

29 мая 2014, 13:05

Ограничена возможность получения российского гражданства   подробно...

29 мая 2014, 09:05

О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год   подробно...

27 мая 2014, 13:05

Счётная палата проведёт проверку Министерства налогов   подробно...

27 мая 2014, 12:05

Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы   подробно...

27 мая 2014, 09:05

О помиловании ряда осужденных лиц   подробно...

26 мая 2014, 16:05

IOTA меняет формат деятельности   подробно...

26 мая 2014, 12:05

Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам   подробно...

26 мая 2014, 11:05

Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку   подробно...

26 мая 2014, 10:05

О награждении орденом «Шохрат» И.Д.Абасова   подробно...