“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85) aşağıdakı dəyişikliklər edilsin:
1.22-ci, 33-cü və 44-cü maddələrin birinci hissəsinin ikinci cümləsində “6” rəqəmi “12” rəqəmi ilə əvəz edilsin.
2. 27-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.”.
3. 90-cı maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınır.”.
4. 93-4-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq, bu Qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilər.”.
5. 100-cü maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.”.
6. 106-cı maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz.”.
7. 113-cü maddə üzrə:
7.1. ikinci hissənin 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:
“9) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;”;
7.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hakimə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il .
10 июля 2014, 09:0721 сентября 2015, 09:09
О создании Организационного комитета по проведению в 2017 году в городе Баку IV Игр исламской солидарности подробно...
15 сентября 2015, 09:09
Постановление Милли Меджлиса Азербайджанской Республики в связи с резолюцией Европейского парламента от 10 сентября 2015 года подробно...
15 сентября 2015, 09:09
О предоставлении Президентской стипендии студентам, поступившим в высшие учебные заведения Азербайджанской Республики в 2015/2016 учебном году подробно...
15 сентября 2015, 09:09
О награждении лиц, имеющих заслуги в общественно-политической жизни Хачмазского района подробно...
15 сентября 2015, 09:09
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии Хачмазского района подробно...
15 сентября 2015, 09:09
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
15 сентября 2015, 09:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики М.М.Суджаддинову подробно...
11 сентября 2015, 09:09
О присвоении Р.Ф.Исмайлову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
11 сентября 2015, 09:09
О назначении Р.Ф.Исмайлова генеральным консулом Азербайджанской Республики в городе Батуми Грузии подробно...
11 сентября 2015, 09:09
Об отзыве Г.Н.Наджафова с должности генерального консула Азербайджанской Республики в городе Батуми Грузии подробно...