“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 986-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 986-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.
10 июля 2014, 09:07
24 февраля 2014, 12:02
Координационная группа по развитию фондового рынка провела очередное заседание подробно...
24 февраля 2014, 11:02
Государственный таможенный комитет Азербайджана: в январе объём почтовой внешней торговли удвоился подробно...
21 февраля 2014, 10:02
Министерство экономики и промышленности Азербайджана получило утверждённые положение и структуру подробно...
20 февраля 2014, 14:02
Разрешение иностранцам на оплачиваемую трудовую деятельность стало бланком строгой отчётности подробно...
20 февраля 2014, 12:02
Обнуление таможенных пошлин не привело к увеличению импорта бензина Азербайджаном подробно...
19 февраля 2014, 17:02
О награждении Р.С.Аушева орденом «Достлуг» подробно...
19 февраля 2014, 15:02
Министерство налогов Азербайджана будет оказывать мобильные услуги налогоплательщикам подробно...
19 февраля 2014, 15:02
С 3 марта заработает система электронной торговли недвижимостью в Азербайджане подробно...
19 февраля 2014, 11:02
Азербайджанский инвестиционный саммит «2020 и вокруг: ускоряя экономический рост» состоится в Баку подробно...
18 февраля 2014, 17:02
Официальные переговоры о дополнительном финансировании модернизации судебной системы Азербайджана состоятся 20 февраля подробно...