Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334; Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 225-VIQD nömrəli və 30 dekabr tarixli 248-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 164-cü maddə üzrə:

1.1. 164.1.27-ci maddədə “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;

1.2. 164.1.36-cı maddədə “3” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.3. 164.1.43-cü maddədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.4. 164.1.48-ci maddədə “1 il” sözləri “2 il” sözləri ilə əvəz edilsin.

2. 164.1.53-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.54-cü – 164.1.55-ci maddələr əlavə edilsin:

“164.1.54. qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə;

164.1.55. külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı.”.

3. 188.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 188.1.7-ci maddə əlavə edilsin:

“188.1.7. bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə.”.

4. 190-cı maddə üzrə:

4.1. 190.1-ci maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilsin:

“– istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər;

– qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.”;

4.2. 190.3-cü maddəyə “energetik içkilərə” sözlərindən sonra “, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, qəlyan üçün tütünlərə, habelə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına” sözləri əlavə edilsin;

4.3. 190.3.7-ci maddədə “31,0” rəqəmləri “43,0” rəqəmləri ilə əvəz edilsin;

4.4. 190.3.8-ci maddədə “31,0” rəqəmləri “35,0” rəqəmləri ilə əvəz edilsin;

4.5. 190.3.12-ci maddədə “20,0” rəqəmləri “100,0” rəqəmləri ilə əvəz edilsin;

4.6. 190.3.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 190.3.14-cü və 190.3.15-ci maddələr əlavə edilsin:

“190.3.14. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər – hər kiloqramına 30,0 manat;

190.3.15. qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.”;

4.7. 190.3-1-ci maddədə “190.3.12-ci və 190.3.13-cü” sözləri “190.3.12-ci – 190.3.15-ci” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2021-ci il.

9 марта 2021, 19:03

http://www.azertag.az

91—100 из 3607

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.С.Мустафаева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики во Французской Республике, одновременно в Святом Престоле и Княжестве Монако   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.Ф.Ахундова с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов, одновременно постоянного представителя Азербайджанской Республики при Организации по запрещению химического оружия   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Э.П.Полухова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Арабской Республике Египет   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Т.А.Рзаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Алжирской Народной Демократической Республике   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Т.А.Рзаева с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Арабской Республике Египет и одновременно в Республике Судан, постоянного наблюдателя Азербайджанской Республики при Лиге арабских государств   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Э.Т.Багирова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Объединенных Арабских Эмиратах   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Э.Т.Багирова от должности начальника Протокольной службы Президента Азербайджанской Республики   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве М.М.Алиева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Объединенных Арабских Эмиратах   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Сабаильского района города Баку   подробно...

4 октября 2022, 15:10

Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» работников образования, отличившихся в проведении предметных олимпиад и особыми достижениями в сфере подготовки учащихся   подробно...