“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 990-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 990-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2014-cü il.

10 июля 2014, 09:07

http://www.azertag.net

1491—1500 из 3607

27 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских званий военнослужащим Службы государственной безопасности Азербайджанской Республики   подробно...

27 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Муганлы- Керпюсындыран Бардинского района   подробно...

27 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Службы государственной безопасности Азербайджанской Республики   подробно...

27 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении М.Г.Гулиева орденом «За службу Отечеству» 2-й степени   подробно...

27 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении O.С.Султанова орденом «За службу Отечеству» 2-й степени   подробно...

27 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по благоустройству и созиданию в городе Барда   подробно...

19 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении сотрудникам Государственной миграционной службы Азербайджанской Республики высших специальных званий   подробно...

19 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Государственной миграционной службы Азербайджанской Республики   подробно...

19 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по развитию инфраструктуры образования в Гейчайском, Кюрдамирском, Уджарском и Зардабском районах   подробно...

19 марта 2018, 08:03

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Э.A.Алиеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...