Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688, № 9, maddə 1840, № 10, maddə 1985, № 11, maddə 2264, № 12 (I kitab), maddələr 2565, 2585; 2019, № 6, maddə 1009; 2020, № 6, maddə 705, № 11, maddə 1356; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 yanvar tarixli 1264 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.2.1.6-cı yarımbəndə “qeydiyyatı haqqında” sözlərindən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında” sözləri əlavə edilsin.

2. 11.14-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.15-ci bənd əlavə olunsun:

“11.15. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ─ icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2021-ci il.

12 февраля 2021, 19:02

http://www.azertag.az

3351—3360 из 3607

8 апреля 2014, 17:04

Министерство образования Азербайджана поможет абитуриентам выбирать специальности   подробно...

8 апреля 2014, 15:04

ICARDA начинает исследования по развитию сельского хозяйства на засолённых почвах в Азербайджане   подробно...

8 апреля 2014, 10:04

Возбуждено дело против начальника районного отдела образования   подробно...

7 апреля 2014, 17:04

Всемирный банк и Госкомитет по ценным бумагам провели консультации в Баку   подробно...

7 апреля 2014, 15:04

В Азербайджане нотариальные конторы будут регистрировать права на имущество   подробно...

7 апреля 2014, 12:04

В Азербайджане более половины налогоплательщиков нарушают правила безналичных расчётов   подробно...

7 апреля 2014, 11:04

Запущена американская программа деловых стажировок по теме «Упаковка и маркетинг»   подробно...

7 апреля 2014, 11:04

В Азербайджане началась экспертиза содержания школьных учебников   подробно...

7 апреля 2014, 11:04

Президент Академии наук Азербайджана избран членом Инженерной академии   подробно...

7 апреля 2014, 10:04

Появились первые предпочтения в отношении подрядчиков по обновлению подвижного состава «Азербайджанских железных дорог»   подробно...