“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1001-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1001-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.
10 июля 2014, 09:07
22 февраля 2016, 09:02
О мерах по строительству автомобильной дороги Говлар- Эйюблу-Алакол-Ибрагимгаджилы- Яныглы-Агаджгала-Гочдере-Чобансыгнаг-Йогунбулаг-Сарытала Товузского района подробно...
22 февраля 2016, 09:02
Народному поэту Нариману Гасанзаде подробно...
19 февраля 2016, 09:02
О проведении 90-летнего юбилея Первого тюркологического съезда подробно...
19 февраля 2016, 09:02
О дополнительных мерах по строительству Гянджинской государственной филармонии подробно...
18 февраля 2016, 09:02
Сообщение пресс-службы Президента подробно...
16 февраля 2016, 09:02
Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые прибудут в Азербайджанскую Республику в связи с организацией и проведением финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет подробно...
16 февраля 2016, 09:02
Об обеспечении проведения в 2016 году в Азербайджанской Республике финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет подробно...
11 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района подробно...
10 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Зазалы-комплекс «Имамзаде»-Гянджа города Гянджи подробно...
9 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Текле-Сюндю-Хильмилли Гобустанского района подробно...