Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 182-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 43.1-ci maddəyə “272.3,” rəqəmlərindən sonra “275.4, 275.5,” rəqəmləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 275.4-cü və 275.5-ci maddələr əlavə edilsin:
“275.4. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə –
inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
275.5. Bu Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.
Maddə 2. Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2020-ci il.
31 декабря 2020, 15:1216 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гусар-Аниг-Лаза Гусарского района подробно...
14 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Института геологии и геофизики Национальной Академии Наук Азербайджана подробно...
14 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Института геологии и геофизики Национальной Академии Наук Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
14 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Института геологии и геофизики Национальной Академии Наук Азербайджана подробно...
13 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, отличившихся в области повышения благоприятности бизнес-среды в Азербайджанской Республике и дальнейшего улучшения позиции нашей страны в международных рейтингах подробно...
13 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.С.Мамедова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Швеция и одновременно в Королевстве Норвегия и Финляндской Республике подробно...
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О строительстве здания новой общеобразовательной школы в селе Биринджи Юзбашылы Агдамского района подробно...
7 ноября 2018, 08:11
Указ Президента Азербайджанской Республики О создании в подчинении Министерства транспорта, связи и высоких технологий Азербайджанской Республики Агентства по инновациям подробно...
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.Ш.Абдинбекова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Румынии подробно...
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О назначении Г.Н.Наджафова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Румынии подробно...