“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310; 2019, № 1, maddə 31; 2020, № 7, maddə 825) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.1-ci maddəyə “pul vəsaitləridir” sözlərindən sonra “, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir” sözləri əlavə edilsin;
1.2. 2.1.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;”;
1.3. 26.1-ci maddədə “30 (otuz)” sözləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.”.
Maddə 2. Bu Qanunun 1.3-cü maddəsi 2021-ci il 5 aprel tarixindən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2020-ci il.
26 декабря 2020, 23:1230 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...