AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi
olan şəxslərin iş yerlərinin standartlarTnda dəyişiklik edilməsi haqqında

“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyh himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 109-VIQD nömrəli Qanununun tətbiqi və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyul tarixli 1097 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1534) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

  1. Adında, 3.2-ci və 3.8-ci bəndlərinin birinci cümlələrində “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.
  2. 3.3-cü, 3.4-cü və 3.6-cı bəndlərdə “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.
  3. 3.5-ci bənd üzrə:

3.1.    3.5-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

3.2.    3.5.4-cü yarımbənddə “əmək xəsarətinin” sözləri “istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin” sözləri ilə əvəz edilsin;

3.3.    3.5.5-ci yanmbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

  1. 3.12-ci bənd üzrə:

4.1.    3.12-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə, “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

4.2.    3.12.1-ci yanmbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

  1. 3.13-cü bəndin ikinci və üçüncü cümlələrində “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.
  2. 3.14-cü bənd üzrə:

6.1.    3.14-cü bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

6.2.    3.14.1-ci yarımbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.

  1. 3.17-ci bənd üzrə:

7.1.    ikinci cümlədə “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;

7.2.    dördüncü cümlədə “əlil arabasını” sözləri “əlilliyi olan şəxs üçün arabanı” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 noyabr 2020-ci il

№ 454

25 ноября 2020, 20:11

http://www.azertag.az

2601—2610 из 3607

7 октября 2015, 08:10

О присвоении Г.Э.Эфендиевой дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

6 октября 2015, 09:10

О назначении Д.Коко почетным консулом Азербайджанской Республики в городе Катания Итальянской Республики   подробно...

6 октября 2015, 09:10

О назначении А.С.Шукюрова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Ливанской Республике   подробно...

5 октября 2015, 09:10

О присвоении почетного звания «Заслуженный учитель» работникам образования Азербайджанской Республики»   подробно...

5 октября 2015, 09:10

О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики»   подробно...

5 октября 2015, 09:10

О награждении Х.Х.Мирзазаде «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

1 октября 2015, 09:10

О назначении С.С.Сеидовой судьей Бакинского апелляционного суда   подробно...

1 октября 2015, 09:10

О присвоении высших специальных званий сотрудникам Прокуратуры Азербайджанской Республики   подробно...

1 октября 2015, 09:10

О награждении группы сотрудников Прокуратуры Азербайджанской Республики   подробно...

30 сентября 2015, 09:09

О проведении 160-летнего юбилея генерала Самед бека Мехмандарова   подробно...