Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddənin 2-ci hissəsinə “habelə” sözündən əvvəl “qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan,” sözləri əlavə edilsin;
1.2. 66-cı maddənin on ikinci abzasında, 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;
1.3. 67-1-ci maddənin 5-ci hissəsində “əsas ola bilər” sözləri “əsasdır” sözü ilə əvəz edilsin;
1.4. 67-2-ci maddə üzrə:
1.4.1. adında və 1-ci hissədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;
1.4.2. 4-cü hissədə “əsas ola bilər” sözləri “əsasdır” sözü ilə əvəz edilsin;
1.5. 74-cü maddənin 1-ci hissəsinin “ə)” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “f)” bəndi əlavə edilsin:
“f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə.”.
Maddə 2. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.0.9-cu maddədə “yaradılmış” sözü “xüsusi dövlət təhsil standartları və proqramları əsasında təhsil prosesini həyata keçirən” sözləri ilə əvəz edilsin;
2.2. 1.0.12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.12. inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;”;
2.3. 1.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilsin:
“1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;
1.0.17. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.”;
2.4. 12-ci maddə üzrə:
2.4.1. adında və 12.1-ci maddədə “inteqrasiyalı” sözü “inklüziv” sözü ilə əvəz edilsin;
2.4.2. 12.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“12.3. İnklüziv təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”;
2.5. 24.3-cü maddədə “yekun qiymətləndirilməsini (attestasiyasını)” sözləri “yekun attestasiyasını” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017) 5.4.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.4.10-cu maddə əlavə edilsin:
“5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd.”.
Maddə 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.0.6-cı, 1.0.6-1-ci maddələrdə, 36-2-ci maddənin adında, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrdə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;
4.2. 2.1-ci maddəyə “Peşə təhsili haqqında” sözlərindən əvvəl “Ümumi təhsil haqqında”,” sözləri əlavə edilsin;
4.3. 5.2-ci maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;
4.4. 6.7-ci maddəyə “xüsusi” sözündən sonra “təhsilin” sözü əlavə edilsin;
4.5. 7.2-ci maddənin birinci cümləsinə “dövlət təhsil standartları” sözlərindən sonra “və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları” sözləri əlavə edilsin;
4.6. 13.2-ci maddədə “və fərdi” sözləri “, fərdi təhsil və stasionar” sözləri ilə əvəz edilsin;
4.7. 14-cü maddə üzrə:
4.7.1. 14.5.2-ci maddəyə “inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözlərindən sonra “, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar,” sözləri əlavə edilsin;
4.7.2. 14.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.”;
4.7.3. 14.10-cu maddəyə “müəssisələrində” sözündən sonra “(dövlət ümumi təhsil müəssisələri istisna olmaqla)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”;
4.8. 16.4-cü maddənin ikinci cümləsində “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin;
4.9. 17.2-ci maddənin ikinci cümləsindən “qiymətləndirmənin və ya” sözləri çıxarılsın;
4.10. 19-cu maddə üzrə:
4.10.1. 19.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“19.4. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.”;
4.10.2. 19.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.”;
4.10.3. 19.7-ci maddədə “fiziki inkişafını təmin etmək və müxtəlif” sözləri “idman və” sözləri ilə əvəz edilsin;
4.10.4. 19.8-ci maddədə “medalla” sözü “nişanla” sözü ilə əvəz edilsin;
4.10.5. 19.9-cu və 19.13-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.”;
“19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.”;
4.10.6. 19.14-cü maddənin üçüncü cümləsinə “qəbulu,” sözündən sonra “şagirdlərin” sözü əlavə edilsin;
4.10.7. 19.16-cı maddə ləğv edilsin;
4.10.8. 19.17-ci, 19.19-cu, 19.20-ci və 19.21-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.”;
“19.19. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
19.20. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və dövlət təhsil sənədinin verilməsi məqsədilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsilalanların yekun attestasiyası keçirilir və nailiyyətlərinə görə təhsilalanlara attestat, fərqlənmə attestatı və xüsusi nümunəli attestat verilir.
19.21. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.”;
4.11. 29-cu maddə üzrə:
4.11.1. 29.0.2-ci və 29.0.3-cü maddələrdən “milli” sözü çıxarılsın;
4.11.2. 29.0.29-cu maddədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin və həmin maddəyə “attestasiyanı” sözündən əvvəl “yekun” sözü əlavə edilsin;
4.11.3. 29.0.33-cü maddədə “tədris” sözü “tədris-metodik” sözləri ilə əvəz edilsin;
4.11.4. 29.0.36-cı maddəyə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin;
4.11.5. 29.0.43-cü maddədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrinin” sözləri “müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin)” sözləri ilə əvəz edilsin;
4.12. 30-cu maddə üzrə:
4.12.1. 30.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“30.3. Bələdiyyə və özəl təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.”;
4.12.2. 30.4-cü maddə ləğv edilsin;
4.13. 31-ci maddə üzrə:
4.13.1. 31.0.2-ci maddədə “məktəb uşaq birliklərinin” sözləri “uşaq birliyi” sözləri ilə, “təhsil müəssisəsinin kitabxanaçıları” sözləri “laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri” sözləri ilə əvəz edilsin və həmin maddəyə “məşqçilər,” sözündən sonra “təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə” sözləri əlavə edilsin;
4.13.2. aşağıdakı məzmunda 31.0.2-1-ci maddə əlavə edilsin:
“31.0.2-1. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;”;
4.13.3. 31.0.4-cü maddəyə “təhsili” sözündən əvvəl “təsisçilər, həmçinin” sözləri əlavə edilsin;
4.14. 32-ci maddə üzrə:
4.14.1. 32.3.2-ci maddədə “və tədris dilini” sözləri “, tədris dilini və xarici dili” sözləri ilə əvəz edilsin;
4.14.2. 32.3.3-cü maddəyə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;
4.14.3. 32.3.4-cü maddəyə “məşğuliyyəti” sözündən sonra “, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları)” sözləri əlavə edilsin;
4.14.4. 32.3.6-cı maddəyə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;
4.14.5. 32.3.10-cu maddədə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;
4.14.6. 32.3.11-ci və 32.3.18-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“32.3.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;
“32.3.18. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;”;
4.14.7. 32.3.13-cü maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
4.14.8. aşağıdakı məzmunda 32.3.18-3-cü, 32.5.1-1-ci və 32.5.1-2-ci maddələr əlavə edilsin:
“32.3.18-3. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;”;
“32.5.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
32.5.1-2. sağlam həyat tərzi keçirmək;”;
4.15. 33-cü maddə üzrə:
4.15.1. 33.2.2-ci maddəyə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;
4.15.2. 33.2.3-cü maddəyə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;
4.15.3. 33.2.5-ci maddədə “və müvafiq hallarda seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;
4.15.4. 33.2.6-cı maddədən “ixtisasını artırmaq,” sözləri çıxarılsın;
4.15.7. 33.3.2-ci maddəyə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;
4.15.8. 33.3.4-cü maddədən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;
4.15.9. 33.3.5-ci maddəyə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;
4.15.10. aşağıdakı məzmunda 33.3.5-1-ci maddə əlavə edilsin:
“33.3.5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;
4.15.11. 33.3.7-ci maddəyə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;
4.15.12. 33.3.8-ci maddəyə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;
4.15.13. aşağıdakı məzmunda 33.3.8-1-ci və 33.3.8-2-ci maddələr əlavə edilsin:
“33.3.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;
33.3.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;
4.15.14. 33.3.9-cu maddədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;
4.16. aşağıdakı məzmunda 34.2.2-1-ci maddə əlavə edilsin:
“34.2.2-1. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;”;
4.17. 35.1-ci maddəyə “Dövlət” sözündən sonra “və bələdiyyə” sözləri əlavə edilsin;
4.18. 36.1-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.”;
4.19. 36.4-cü maddəyə “məhdud,” sözündən sonra “inklüziv təhsili həyata keçirən,” sözləri əlavə edilsin;
4.20. 36.5-ci maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
4.21. 41-ci maddə üzrə:
4.21.1. adına “sahibkarlıq” sözündən sonra “və innovasiya” sözləri əlavə edilsin;
4.22.2. 41.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“41.1. Təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər.”;
4.21.3. 41.2-ci maddənin ikinci cümləsinə “təhsilin inkişafına” sözlərindən sonra “, təhsilalanların həvəsləndirilməsinə” sözləri əlavə edilsin;
4.21.4. aşağıdakı məzmunda 41.4-cü və 41.5-ci maddələr əlavə edilsin:
“41.4. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.
41.5. Təhsil müəssisəsi işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.
Maddə 5. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; 2020, № 6, maddə 664, № 7, maddələr 831, 851) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.0.11-ci maddədə “kadr” sözü “işçi” sözü ilə əvəz edilsin;
5.2. 4.0.16-cı maddədə “kadrlarla” sözü “işçilərlə” sözü ilə əvəz edilsin;
5.3. 12.1-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü-beşinci cümlələr əlavə edilsin:
“Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.”;
5.4. 13.5-ci maddənin birinci cümləsində “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin.
Maddə 6. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 10.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“10.10. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə uyğun olaraq həyata keçirilir.”;
6.2. aşağıdakı məzmunda 12.3-1-ci maddə əlavə edilsin:
“12.3-1. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, həmçinin nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus peşə təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.”;
6.3. 13.7-ci maddədə “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin;
6.4 13.8-ci maddənin birinci cümləsində “tam orta” sözləri “ümumi” sözü ilə əvəz edilsin.
Maddə 7. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386; 2019, № 3, maddə 381, № 5, maddə 797, № 8, maddə 1382; 2020, № 7, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.0.15-ci maddəyə “digər şəxslərlə” sözlərindən əvvəl “xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə” sözləri əlavə edilsin;
7.2. 20.1-ci maddəyə “Təhsil haqqında”,” sözlərindən sonra “Ümumi təhsil haqqında”,” sözləri əlavə edilsin.
Maddə 8. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.0.21-ci maddədə “yaradılması və” sözləri “yaratmaqla” sözü ilə əvəz edilsin;
8.2. 1.0.24-cü maddə ləğv edilsin;
8.3. 1.0.33-cü maddədə “sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları” sözləri “fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri” sözləri ilə əvəz edilsin;
8.4. 4.0.29-cu maddədə ismin müvafiq hallarında “kadrlar” sözü ismin müvafiq hallarında “işçilər” sözü ilə əvəz edilsin;
8.5. 13.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”;
8.6. 18.2-ci maddədə “xidmət” sözü “yardım” sözü ilə əvəz edilsin;
8.7. 19.1-ci və 19.2-ci maddələrdə “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
8.8. 20.3-cü maddəyə “Qanun,” sözündən sonra “Publik hüquqi şəxslər haqqında” və” sözləri əlavə edilsin və həmin maddədə “Qanunu” sözü “qanunları” sözü ilə əvəz edilsin;
8.9. 23.2.5-ci maddədə “ixtisas dərəcəsini” sözləri “ixtisas və elmi dərəcəsini” sözləri ilə əvəz edilsin;
8.10. 31.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“31.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2020-ci il.
25 ноября 2020, 20:1110 июля 2023, 15:07
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Сеидова заместителем министра юстиции Азербайджанской Республики – начальником Пенитенциарной службы подробно...
10 июля 2023, 15:07
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Дж.А.Гасанова от должности заместителя министра юстиции Азербайджанской Республики – начальника Пенитенциарной службы подробно...
8 июля 2023, 14:07
Распоряжение Президента Азербайджанской Республики О присвоении дипломатических рангов сотрудникам органов дипломатической службы Азербайджанской Республики подробно...
17 апреля 2023, 11:04
Распоряжение Президента Азербайджанской Республики О назначении М.Г.Ибрагимова начальником Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики подробно...
17 апреля 2023, 11:04
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Ю.Рагимова от должности начальника Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики подробно...
14 апреля 2023, 14:04
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли министром культуры Азербайджанской Республики подробно...
14 апреля 2023, 14:04
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя министра культуры Азербайджанской Республики подробно...
14 апреля 2023, 12:04
Распоряжение Президента Азербайджанской Республики О назначении М.Г.Мамедова министром сельского хозяйства Азербайджанской Республики подробно...
7 апреля 2023, 12:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.К.Гурбанова генеральным консулом Азербайджанской Республики в городе Лос-Анджелес Соединенных Штатов Америки подробно...
7 апреля 2023, 12:04
Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.Х.Гусейнова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Греческой Республике подробно...