“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 sentyabr tarixli 1165 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.4-cü bənddə “192 – 194-cü” sözləri “192.1 – 192.11-ci, 193-cü, 194-cü” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:
“5.4-1. həmin Məcəllənin 192.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi baxır;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2020-ci il.
24 ноября 2020, 19:1119 августа 2014, 15:08
Льготы и доплаты введены для молодых сельских педагогов подробно...
19 августа 2014, 09:08
Совет старейшин создан при Бакинском управлении образования подробно...
19 августа 2014, 09:08
О финансировании строительства автомобильной дороги Далгалы-Набрань-Тель на территории Хачмазского района подробно...
18 августа 2014, 13:08
Правительственный мониторинг: повышения потребительских цен в Азербайджане нет подробно...
18 августа 2014, 09:08
О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики подробно...
18 августа 2014, 09:08
О присвоении Э.З.Ибрагимову почетного звания «Заслуженный юрист» подробно...
18 августа 2014, 09:08
О присвоении В.А.Рзагулиеву почетного звания «Заслуженный инженер» подробно...
18 августа 2014, 09:08
О присвоении Р.Г.Садигову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении А.М.Джебраилову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении Э.И.Гулиеву воинского звания генерал-полковника подробно...