Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 200
Bakı şəhəri, 25 iyun 2014-cü il
Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Gəncə şəhərində yenidən qurulmuş və ərazisi genişləndirilmiş park kompleksinin infrastrukturunun qorunub saxlanılması, abadlaşdırılması, mühafizəsi və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsi yaradılsın.
2. "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin işçilərinin ştat sayı 140 vahid müəyyən edilsin.
3. "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin cari ildə saxlanılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 830.000 (səkkiz yüz otuz min) manat məbləğində vəsait ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın 3-cü hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini və 2015-ci ildən başlayaraq, bu məqsəd üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmasını təmin etsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
7 июля 2014, 09:07
8 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде подробно...
7 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Г.Шарифова подробно...
7 января 2015, 09:01
О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой подробно...
30 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» А.Н.Алыева подробно...
30 декабря 2014, 09:12
О помиловании ряда осужденных лиц подробно...
30 декабря 2014, 09:12
О награждении О.С.Асадова орденом «Шараф» подробно...
22 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района подробно...
22 декабря 2014, 09:12
Участникам Первого съезда азербайджанских ученых подробно...