Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 767) ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.6-cı bəndə “alınma sözlər” sözlərindən sonra “(apellyasiya, attestasiya və akkreditasiya sözləri istisnadır)” sözləri əlavə edilsin və həmin bənddən “, apelyasiya” sözü çıxarılsın.

2. 4.10-cu bənddə “stres.” sözü “stres və s.” sözləri ilə əvəz edilsin.

3. 8.6-cı bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“8.6. Ali dövlət vəzifələri - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılır. Dövlət orqanları (qurumları), birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.”.

4. 8.6-cı bəndin “Qeyd”i üzrə:

4.1. 1-ci hissədə “Tərkibində” sözü “Dövlət rəmzlərinin, həmçinin tərkibində” sözləri ilə əvəz edilsin və həmin hissəyə “yazılır:” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Himni,” sözləri əlavə edilsin;

4.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılır.”.

5. 8.8-ci bəndə “dırnaqda və” sözlərindən sonra “birinci sözü” sözləri əlavə edilsin və həmin bənddə “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni” sözləri “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı” sözləri ilə əvəz edilsin.

6. 9-cu hissə üzrə:

6.1. adı aşağıdakı redaksiyada verilsin:

“9. İxtisarlar (akronimlər) və qısaltmalar”;

6.2. 9.1-ci bənddə “İxtisar və qısaltmalar” sözləri “İxtisarlar (akronimlər) və qısaltmalar” sözləri ilə əvəz edilsin;

6.3. 9.1.1-ci yarımbəndə “ixtisarlar” sözündən sonra “(akronimlər)” sözü əlavə edilsin;

6.4. 9.1.3-cü yarımbənddə “böyük və” sözləri “böyük və ya” sözləri ilə və “Azərbaycan Nəşriyyatı” sözləri “Azərbaycan Dövlət Nəşriyyatı” sözləri ilə əvəz edilsin;

6.5. 9.2-ci bəndə “İxtisarlara” sözündən sonra “(akronimlərə)” sözü əlavə edilsin və həmin bənddə “UNESKO-nun, İSESKO-da” sözləri “UNESCO-nun, ISESCO-da” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 3 noyabr 2020-ci il.

5 ноября 2020, 12:11

http://www.azertag.az

3571—3580 из 3607

15 января 2014, 08:01

Распоряжение Президента Азербайджанской Республики О создании Университета «АДА»   подробно...

15 января 2014, 08:01

Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летнего юбилея Нахчыванской Автономной Республики   подробно...

14 января 2014, 09:01

Университет АДА учреждён в Азербайджане   подробно...

14 января 2014, 09:01

Министерство туризма вносит новые пункты в проект закона «О туризме»   подробно...

14 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат»   подробно...

13 января 2014, 15:01

Эксперт: жилые объекты формируют цены на недвижимость в Баку   подробно...

13 января 2014, 14:01

Советник президента Академии наук провёл переговоры с руководством ABC   подробно...

13 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2014 года в Азербайджанской Республике «Годом промышленности»   подробно...

13 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О материально-техническом обеспечении нового здания Музея азербайджанского ковра   подробно...

29 декабря 2013, 09:12

О съемках многосерийного телевизионного художественного фильма по дастанам «Деде Горгуд»   подробно...