“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2 (II kitab), maddə 222; 2019, № 1, maddə 2) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 59.3-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə əvəz edilsin.

2. 59.4-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

3. 59.17-ci sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il.

29 октября 2020, 19:10

http://www.azertag.az

1661—1670 из 3607

20 ноября 2017, 09:11

О присвоении почетного звания «Заслуженный журналист»   подробно...

20 ноября 2017, 09:11

О присвоении почетного звания «Заслуженный учитель»   подробно...

16 ноября 2017, 09:11

О проведении 110-летия академика Ашрафа Гусейнова   подробно...

16 ноября 2017, 09:11

О создании Организационного комитета в связи с проведением в городе Баку в 2018 году чемпионата мира по велосипедному спорту «BMX Racing»   подробно...

15 ноября 2017, 10:11

О проведении 100-летнего юбилея Бакинского государственного университета   подробно...

14 ноября 2017, 10:11

О мерах по продолжению строительства Гянджинского государственного драматического театра   подробно...

14 ноября 2017, 10:11

О награждении группы лиц по случаю сдачи в эксплуатацию железнодорожной линии Баку-Тбилиси-Карс   подробно...

13 ноября 2017, 09:11

О награждении медалью «Терегги» сотрудников Центра стратегических исследований при Президенте Азербайджанской Республики   подробно...

10 ноября 2017, 09:11

О победе азербайджанских шахматистов на командном чемпионате Европы   подробно...

10 ноября 2017, 09:11

Участникам церемонии, посвященной 50-летнему юбилею Бакинского метрополитена   подробно...