“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240) 5.1-ci bəndinə “38.2-ci” sözlərindən sonra “maddələrində, 38.6-cı maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2020-ci il.
18 июня 2020, 09:067 мая 2014, 16:05
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66% подробно...
7 мая 2014, 11:05
В Азербайджане впервые будут созданы летние школы для учащихся подробно...
7 мая 2014, 11:05
В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон подробно...
7 мая 2014, 10:05
Издан «Русско-азербайджанский толковый юридический словарь» подробно...
6 мая 2014, 16:05
Министерство образования проведёт диагностику в бакинских школах подробно...
6 мая 2014, 14:05
Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано подробно...
6 мая 2014, 12:05
Вводятся особые стандарты качества интернета подробно...
6 мая 2014, 11:05
Изменено положение МЧС Азербайджана подробно...
6 мая 2014, 09:05
О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора подробно...
6 мая 2014, 09:05
О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...