Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrəli, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 963 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 24 may tarixli 1421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581) 4.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.20-ci bənd əlavə edilsin:

“4.20. həmin Məcəllənin 84.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda) və ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tikintiyə icazə alınması üçün ərizə Kiçik və orta biznes evlərində verildikdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1388; 2016, № 11, maddə 1803; 2019, № 10, maddə 1581) ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.6-cı və 3.1.7-ci yarımbəndlər əlavə olunsun:

“3.1.6. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri;

3.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.”;

2.2. 4.2.5.6-cı yarımbəndə “bölməsi” sözündən sonra “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda)” sözləri əlavə edilsin;

2.3. 4.7-ci və 6.3-cü bəndlərdə “çatışmazlıqların” sözü “iradların” sözü ilə əvəz edilsin;

2.4. 4.8-ci bənddə “çatışmazlıqlar” sözü “iradlar” sözü ilə əvəz edilsin və həmin bənddən “rəsmi qaydada tikintiyə icazə verən” sözləri isə çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546; 2019, № 5, maddə 816) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

3.1. “mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin” sözləri “mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin” sözləri ilə əvəz edilsin;

3.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd. Binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) olan məsafə kimi qəbul edilir.”.

4. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 963 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1059; 2018, № 6, maddə 1196) 2.1-ci bəndi ləğv edilsin.

5. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1421 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 825) 1.3-cü bəndi və 2-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84.1-ci maddəsində qeyd olunmuş texniki şərtlərin və layihə-smeta sənədlərinin “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri) və Kiçik və orta biznes evləri vasitəsilə alınması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2020-ci il.

2 июня 2020, 09:06

http://www.azertag.az

131—140 из 3607

3 августа 2022, 14:08

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Алиабад-Хырмандалы-Бейдили Билясуварского района   подробно...

1 августа 2022, 15:08

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах по строительству автомобильной дороги Мюсюслю-Тезе Шильян-Баргушад-Багбан-Юхары Шильян-Боят-Газьян Уджарского района   подробно...

28 июля 2022, 20:07

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области науки и образования в Азербайджанской Республике   подробно...

28 июля 2022, 14:07

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Низаминского района города Баку   подробно...

27 июля 2022, 15:07

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Сабунчинского района города Баку   подробно...

22 июля 2022, 16:07

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Стратегии социально-экономического развития Азербайджанской Республики на 2022-2026 годы»   подробно...

21 июля 2022, 19:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.Ч.Наджафа от должности первого вице-президента Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

21 июля 2022, 19:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Ч.Наджафа президентом Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

19 июля 2022, 19:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Ш.Сулейманова от должности ректора Азербайджанского технологического университета   подробно...

18 июля 2022, 15:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова первым заместителем председателя Государственного таможенного комитета Азербайджанской Республики   подробно...