“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi iləəlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli 964-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli 964-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli 964-IVQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il.
2 июля 2014, 12:07
25 апреля 2014, 16:04
ГТК: переход на экологический стандарт Евро-4 не скажется на импорте автомобилей Азербайджаном подробно...
25 апреля 2014, 15:04
Высокотехнологические СП могут создать Азербайджан и Аргентина подробно...
25 апреля 2014, 10:04
Премьер-министр Азербайджана переизбран председателем наблюдательного совета Нефтяного фонда подробно...
24 апреля 2014, 17:04
Online-навигатор разработал Bank of Baku подробно...
24 апреля 2014, 16:04
Азербайджан отказался от принятия закона о кредитных бюро подробно...
24 апреля 2014, 12:04
В Азербайджане будет введена система государственного и общественного контроля над медицинским страхованием подробно...
24 апреля 2014, 11:04
Свободное заключение сделок со связанными лицами резко ограничивается в Азербайджане подробно...
24 апреля 2014, 11:04
Срок реализации активов должников и банкротов резко ограничивается в Азербайджане подробно...
23 апреля 2014, 17:04
Министерство туризма Азербайджана предоставило звёздные категории отелям в Баку подробно...
23 апреля 2014, 16:04
Marubeni стала консультантом по созданию и развитию «Азербайджанского комплекса по производству стали» подробно...