“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il.
1 июля 2014, 09:0729 октября 2014, 09:10
Участникам первого глобального форума по молодежной политике подробно...
28 октября 2014, 12:10
Азербайджан ввёл государственное регулирование цен на морские навигационные средства подробно...
28 октября 2014, 09:10
Президенту Чешской Республики Его превосходительству господину Милошу Земану подробно...
27 октября 2014, 09:10
О награждении орденом «Шохрат» Э.М.Рамазановой подробно...
27 октября 2014, 09:10
Президенту Туркменистана Его превосходительству господину Гурбангулы Бердымухамедову подробно...
27 октября 2014, 09:10
Федеральному президенту Австрийской Республики Его превосходительству господину Хайнцу Фишеру подробно...
23 октября 2014, 13:10
Министр труда Азербайджана: следует повысить размер социальных пособий и пенсий для снижения потребности в социальной помощи подробно...
23 октября 2014, 09:10
Президенту Венгрии Его превосходительству господину Яношу Адеру подробно...
22 октября 2014, 09:10
О дополнительных мерах по строительству автодорог, соединяющих город Гянджа с поселками Мехсети, Садыллы, Натаван, Шихзаманлы, Джавад хан подробно...
22 октября 2014, 09:10
О дополнительных мерах по ускорению социально-экономического развития города Гянджа подробно...