“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi və ölkə iqtisadiyyatının əsas sektorlarının gələcək tələbatını ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması məqsədilə qərara alıram:
1. “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının 7-ci hissəsinə uyğun olaraq ona təqdim edilmiş monitorinq və qiymətləndirmə hesabatı əsasında Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2020-ci il.
17 марта 2020, 08:038 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде подробно...
7 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Г.Шарифова подробно...
7 января 2015, 09:01
О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой подробно...
30 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» А.Н.Алыева подробно...
30 декабря 2014, 09:12
О помиловании ряда осужденных лиц подробно...
30 декабря 2014, 09:12
О награждении О.С.Асадова орденом «Шараф» подробно...
22 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района подробно...
22 декабря 2014, 09:12
Участникам Первого съезда азербайджанских ученых подробно...