“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 78, № 11, maddə 1030; 2010, № 2, maddə 80, № 9, maddə 773; 2012, № 2, maddə 107; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Maliyyə naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İordaniya Haşimilər Krallığı tərəfinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2020-ci il.

3 марта 2020, 07:03

http://www.azertag.az

2921—2930 из 3607

18 ноября 2014, 09:11

Участникам Третьего общереспубликанского форума детей   подробно...

17 ноября 2014, 09:11

О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку   подробно...

17 ноября 2014, 09:11

Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу   подробно...

17 ноября 2014, 09:11

Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана»   подробно...

14 ноября 2014, 09:11

О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку   подробно...

12 ноября 2014, 15:11

Азербайджан отмечает День Конституции   подробно...

11 ноября 2014, 09:11

О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер»   подробно...

11 ноября 2014, 09:11

О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена   подробно...

11 ноября 2014, 09:11

О награждении орденом «Шохрат» С.А.Керими   подробно...

11 ноября 2014, 09:11

О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер»   подробно...