“Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 75; 2009, № 1, maddə 17, № 9, maddə 734; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Tacikistan Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2020-ci il.
3 марта 2020, 07:0313 мая 2014, 16:05
Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD подробно...
13 мая 2014, 12:05
О награждении орденом «Шараф» Г.И.Абуталыбова подробно...
13 мая 2014, 13:05
О награждении орденом «Достлуг» А.М.Тулеева подробно...
12 мая 2014, 09:05
О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги» подробно...
12 мая 2014, 09:05
О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях подробно...
8 мая 2014, 14:05
Открыт приём предложений по развитию промышленности в Азербайджане подробно...
8 мая 2014, 09:05
О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг» подробно...
8 мая 2014, 09:05
О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики подробно...
8 мая 2014, 09:05
О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района подробно...
7 мая 2014, 17:05
Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор подробно...