Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanında və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 963; 2019, № 3, maddə 415) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Xidmətdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

4.2.1. Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

4.3. Xidmətə:

4.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

4.3.2. işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi.”.

2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 932) 1-ci hissəsində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

25 февраля 2020, 08:02

http://www.azertag.az

1681—1690 из 3607

30 октября 2017, 05:10

О награждении М.Дж.Гасымлы орденом «Шохрат»   подробно...

30 октября 2017, 05:10

О награждении Р.Дж.Абдуллаева орденом «Истиглал»   подробно...

27 октября 2017, 05:10

О дополнительных мерах по обеспечению потребителей водоизмерительными приборами   подробно...

26 октября 2017, 09:10

О мерах по строительству автомобильной дороги Делимамедли-Муздурлар-Гырыглы Геранбойского района   подробно...

25 октября 2017, 09:10

О проведении 135-летнего юбилея великого азербайджанского поэта и драматурга Гусейна Джавида   подробно...

25 октября 2017, 09:10

О дополнительных мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Лянкяран   подробно...

24 октября 2017, 09:10

О мерах по строительству автомобильной дороги Шеки-Киш города Шеки   подробно...

20 октября 2017, 09:10

О присвоении Х.Т.Оруджеву высшего воинского звания генерал-майора   подробно...

23 октября 2017, 09:10

О награждении азербайджанских энергетиков медалью «Терегги»   подробно...

23 октября 2017, 09:10

О присвоении почетных званий группе энергетиков Азербайджана   подробно...