Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyində (bundan sonra - Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, onlarda dəyişiklik edilməsi;

3.1.2. Agentliyin yenidən təşkili və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görsün, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

5.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.2. Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 69, № 4, maddə 656) 8.5-ci bəndi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2019-cu il.

30 декабря 2019, 07:12

http://www.azertag.az

2221—2230 из 3607

13 июня 2016, 09:06

О назначении В.А.Мурадова председателем Правления Открытого акционерного общества «Азерхалча»   подробно...

13 июня 2016, 09:06

О назначении А.А.Рзаевой почетным консулом Азербайджанской Республики в Австралийском Союзе   подробно...

13 июня 2016, 09:06

О дополнительных мерах по продолжению замены кровельных покрытий многоквартирных зданий и капитального ремонта городских автомобильных дорог в городе Сумгайыт   подробно...

13 июня 2016, 09:06

О назначении М.И.Салимзаде на должность главы Исполнительной власти Гейчайского района   подробно...

13 июня 2016, 09:06

Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Гейчайского района   подробно...

10 июня 2016, 09:06

О реализации проекта «Совместный Азербайджано-французский университет (UFAZ)»   подробно...

7 июня 2016, 09:06

О присвоении Р.М.Фаталиеву почетного звания «Народный артист»   подробно...

7 июня 2016, 09:06

О награждении Р.М.Фаталиева орденом «Шохрат»   подробно...

6 июня 2016, 09:06

О назначении Г.Г.Салимова судьей Балакенского районного суда   подробно...

6 июня 2016, 09:06

О назначении А.М.Аббасова судьей Бакинского суда по тяжким преступлениям   подробно...