Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-cü il 16 may tarixli 899 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1666-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 520, № 12, maddə 1550; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1054; 2017, № 5, maddə 778, № 12 (I kitab), maddə 2285; 2018, № 8, maddə 1706) 5-ci hissəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 1, maddə 48, № 5, maddə 929, № 8, maddə 1704, № 9, maddə 1833) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 6.1-ci bəndində (hər iki halda) “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
3. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1028; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 376; 2018, № 9, maddə 1834; 2019, № 3, maddə 421) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə və 4-cü hissədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.5-ci və 2.6-cı bəndlərində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2019-cu il.
30 декабря 2019, 07:124 марта 2014, 17:03
Министерство финансов Азербайджана выдало первые лицензии страховым компаниям по оказанию услуг перестрахования подробно...
4 марта 2014, 16:03
Омбудсмен выступила за увеличение числа женщин-полицейских и возврат детских садов Министерству образования подробно...
4 марта 2014, 11:03
Министерство транспорта Азербайджана отберёт столичные маршруты у предпринимателей-нарушителей подробно...
4 марта 2014, 09:03
О дополнительных мерах по развитию предпринимательства подробно...
3 марта 2014, 11:03
В Азербайджане утверждены коэффициенты для зонирования территорий подробно...
3 марта 2014, 09:03
О проведении 100-летнего юбилея Алиша Лемберанского подробно...
3 марта 2014, 09:03
О награждении Р.М.Сейфуллаева орденом «Шохрат» подробно...
3 марта 2014, 09:03
Об освобождении К.М.Абдуллаева от должности ректора Бакинского славянского университета- подробно...
28 февраля 2014, 14:02
Министр образования: основные проблемы дошкольного образования в Азербайджане – содержание, воспитатели и инфраструктура подробно...
28 февраля 2014, 16:02
Министерство финансов: внешний государственный долг Азербайджана к началу 2014 года не превышал 8,2% ВВП подробно...