“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2019-cu il.
20 декабря 2019, 08:1224 сентября 2014, 09:09
О создании военных кафедр в Полицейской академии Министерства внутренних дел Азербайджанской Республики и Академии Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
24 сентября 2014, 09:09
Еврейской общине Азербайджана подробно...
23 сентября 2014, 09:09
Наследному принцу Королевства Саудовская Аравия, заместителю премьер-министра, министру обороны Его высочеству Салману ибн Абдель Азизу Аль Сауду подробно...
23 сентября 2014, 09:09
Служителю двух благородных святынь Королю Саудовской Аравии Его величеству Абдалле ибн Абдель Азизу Аль Сауду подробно...
22 сентября 2014, 16:09
Кабинет министров: расширение государственного бюджета в 2015 году будет адекватным росту ВВП Азербайджана подробно...
22 сентября 2014, 09:09
О награждении работников нефтяной промышленности Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О награждении орденом «Достлуг» Алесдера Дарлея Шеферда Кука подробно...
22 сентября 2014, 09:09
О награждении орденом «Достлуг» Гордона Янга Биррелла подробно...