“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 7; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 11, maddə 928; 2007, № 1, maddə 4, № 3, maddə 211; 2018, № 2, maddə 147) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Qanunun adında “Dövlət məhkəmə ekspertizası” sözləri “Məhkəmə ekspertizası” sözləri ilə əvəz edilsin;
1.2. Preambulanın birinci abzasında “Dövlət məhkəmə ekspertizası fəaliyyətinin (bundan sonra - məhkəmə ekspertizası fəaliyyəti)” sözləri “məhkəmə ekspertizası fəaliyyətinin” sözləri ilə əvəz edilsin;
1.3. 1-ci maddə üzrə:
1.3.1. dördüncü abzasda “marağı olmayan” sözlərindən sonra “, məhkəmə eksperti şəhadətnaməsi almış” sözləri əlavə edilsin;
1.3.2. beşinci abzasda “təyin” sözündən sonra “(sifariş)” sözü əlavə edilsin;
1.3.3. yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“məhkəmə ekspertizası tədqiqatının metodu - məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr sistemidir.”;
1.4. 6-cı maddənin birinci hissəsinin birinci cümləsində, 8-ci maddənin üçüncü hissəsinin birinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-cu maddənin ikinci hissəsinin üçüncü abzasında, üçüncü hissəsinin üçüncü abzasında, 10-cu maddənin birinci hissəsinin yeddinci abzasında, 12-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında, üçüncü hissəsinin ikinci abzasında, dördüncü hissəsində, beşinci hissəsinin səkkizinci abzasında, 13-cü maddənin birinci hissəsinin ikinci abzasında, 16-cı maddədə, 17-ci maddədə, 18-ci maddənin ikinci hissəsinin ikinci cümləsində, 19-cu maddənin ikinci, üçüncü hissələrində və altıncı hissəsinin birinci cümləsində (birinci halda), 20-ci maddənin birinci hissəsində, 24-cü maddənin üçüncü hissəsinin ikinci cümləsində, 25-ci maddənin birinci və dördüncü hissələrində, 26-cı maddənin ikinci hissəsinin dördüncü abzasında, üçüncü hissəsinin üçüncü cümləsində “təyin” sözündən sonra “(sifariş)” sözü əlavə edilsin;
1.5. 8-ci maddənin üçüncü hissəsinin ikinci cümləsinə “(qərardadda)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilsin;
1.6. 9-cu maddə üzrə:
1.6.1. birinci hissədə “(qərardadı) aldıqdan” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan” sözləri əlavə edilsin;
1.6.2. ikinci hissənin ikinci abzasında “icra edilmədən” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən” sözləri əlavə edilsin;
1.6.3. ikinci hissənin dördüncü abzasında “(qərardadda)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilsin;
1.6.4. üçüncü hissənin ikinci abzasında "(qərardad)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə” sözləri əlavə edilsin;
1.7. 10-cu maddənin birinci hissəsi üzrə:
1.7.1. ikinci abzasda “(qərardadı) aldıqdan” sözlərindən sonra "və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan” sözləri əlavə edilsin;
1.7.2. dördüncü abzasda “qərarda” sözündən sonra “(qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilsin;
1.8. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 11. Məhkəmə eksperti
Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz.
Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır.
Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir.
Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.
Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər.
Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.
Məhkəmə eksperti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən məhkəmə ekspertinin etik davranış kodeksinin tələblərinə riayət etməlidir.
Müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu orqanların işçiləri üçün qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertlərinin bu Qanunun tələblərinə riayət etməsinə nəzarət edir.”;
1.9. aşağıdakı məzmunda 11-1 – 11-5-ci maddələr əlavə edilsin:
“Maddə 11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi
Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv edərək məhkəmə ekspertinin fəaliyyətinə xitam verir:
şəxs öz arzusu ilə şəhadətnamənin ləğv olunması barədə yazılı ərizə verdikdə;
şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;
şəhadətnamə aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət göstərmədikdə;
attestasiyadan keçə bilmədikdə və ya attestasiya keçməkdən yayındıqda;
qanunvericiliyin tələblərini kobud və ya mütəmadi pozmaqla ekspertiza apardıqda;
ekspertin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspertin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;
ekspert məhkum edildikdə, onun barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspert barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
ekspert vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməsi ləğv edilmiş ekspertin adını Məhkəmə Ekspertləri Reyestrdən çıxarır.
Şəhadətnaməsi ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində məlumat verilir.
Maddə 11-2. Məhkəmə ekspertlərinin attestasiyası
Məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.
Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.
Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.
Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 11-4. Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:
1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;
2) elmi cəhətdən əsaslandırılmışdır;
3) insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.
Maddə 11-5. Məhkəmə ekspertizasının metodik fondu
Məhkəmə ekspertizalarının elmi-metodik materiallarından ibarət xüsusi fond yaradılır. Həmin materialların elektron nüsxələri fonda daxil edilir.
Fondun yaradılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
1.10. 12-ci maddənin beşinci hissəsi üzrə:
1.10.1. ikinci abzasda “idarəsinin” sözündən sonra “ekspertlərinə həmin idarənin” sözləri əlavə edilsin;
1.10.2. üçüncü abzasda “başqa” sözündən əvvəl “məhkəmə ekspertizası idarəsinin ekspertlərinə” sözləri əlavə edilsin;
1.11. 13-cü maddənin birinci hissəsinin yeddinci abzasında “təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə)” sözləri “məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə” sözləri ilə əvəz edilsin;
1.12. 19-cu maddə üzrə:
1.12.1. altıncı hissənin birinci cümləsində “işləyib hazırlamaq” sözlərindən sonra “, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək” sözləri əlavə edilsin;
1.12.2. dördüncü-səkkizinci hissələr müvafiq olaraq beşinci-doqquzuncu hissələr hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir.”;
1.13. 21-ci və 22-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 21. Məhkəmə ekspertizasının aparılmasının əsasları
Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.
Maddə 22. Məhkəmə ekspertizasının aparılması
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.
Tədqiqat prosesində ekspert tərəfindən eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin rəyində göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və onun bu hərəkəti tərtib etdiyi protokolda əks etdirilir.
Məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə müvafiq olaraq müəyyən edilir.”;
1.14. 22-1-ci maddə ləğv edilsin;
1.15. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili
Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.
Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir.
Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.
Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
1.16. 43-cü maddədə “vəzifəli şəxslər və vətəndaşlar” sözləri “şəxslər” sözü ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu il.
19 декабря 2019, 08:1221 февраля 2018, 08:02
Указ Президента Азербайджанской Республики Об утверждении Соглашения об обмене информацией между Азербайджанским государственным информационным агентством (АЗЕРТАДЖ) и Государственным информационным агентством Туркменистана (TDX) подробно...
21 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О мерах по обеспечению потребителей водоизмерительными приборами подробно...
21 февраля 2018, 08:02
Указ Президента Азербайджанской Республики Об отмене Указа Президента Азербайджанской Республики «О назначении членов Совета управления государственной службой Азербайджанской Республики» от 1 октября 2001 года номер 586 подробно...
21 февраля 2018, 08:02
Указ Президента Азербайджанской Республики Об усилении социальной защиты лиц, которым присвоено звание Национального героя Азербайджана, и внесении изменения в Указ Президента Азербайджанской Республики «Об учреждении пенсии Президента Азербайджанской Республики лицам, которым присвоено звание Национального героя Азербайджана» от 14 июля 2005 года номер 258 подробно...
20 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О награждении А.И.Бабаева орденом «Шараф» подробно...
20 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Ш.Рзаева на должность чрезвычайного и полномочного посла Азербайджанской Республики в Иорданском Хашимитском Королевстве подробно...
20 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О назначении П.Дж.Исмаилзаде на должность генерального консула Азербайджанской Республики в городе Батуми Грузии подробно...
20 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству новой автомобильной дороги Баку-Губа-государственная граница с Российской Федерацией подробно...
20 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О повышении пенсии Президента Азербайджанской Республики для семьи шехида подробно...
20 февраля 2018, 08:02
Распоряжение Президента Азербайджанской Республики О повышении пенсии Президента Азербайджанской Республики инвалидам войны подробно...