Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamında nəzərdə tutulmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı”nın 2.1.21-ci yarımbəndinin icrası, habelə Böyükşor gölünün bərpa edilməsi, mühafizəsi və istifadəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində yerləşən Böyükşor gölünün (bundan sonra - Göl) istifadəsi və mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
2.1. Gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən Göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirsin;
2.2. bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş işlərin idarə edilməsini təmin etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görsünlər.
4. Bakı Şəhər İcra Hakimiyyəti Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, Gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. bir ay müddətində Gölün (onun mühafizə zonasının) sərhədlərini dəqiqləşdirsin;
5.2. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin əsaslandırılmış hesablamalarına uyğun olaraq bu Fərmanın 2.1-ci bəndində və 3-cü hissəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin maliyyələşməsini təmin etsin;
5.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil versin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2013-cü il.
6 апреля 2015, 09:04
Об утверждении «Плана мероприятий», связанного с объявлением 2015 года в Азербайджанской Республике «Годом сельского хозяйства» подробно...
6 апреля 2015, 09:04
О назначении членов Правления Центрального банка Азербайджанской Республики подробно...
30 марта 2015, 09:03
О предоставлении Ш.Г.Мамедовой «Почетного диплома Президента Азербайджанской Республики» подробно...
29 марта 2015, 09:03
О присвоении И.Л.Керимову почетного звания «Заслуженный инженер» подробно...
29 марта 2015, 09:03
О присвоении высших воинских званий сотрудникам Министерства национальной безопасности Азербайджанской Республики подробно...
29 марта 2015, 09:03
О награждении группы сотрудников Министерства национальной безопасности Азербайджанской Республики подробно...
19 марта 2015, 09:03
О помиловании ряда осужденных лиц подробно...
16 марта 2015, 09:03
О вручении С.Р.Мамедовой «Почетного диплома Президента Азербайджанской Республики» подробно...
16 марта 2015, 09:03
О награждении А.М.Гусейнова орденом «За службу Отечеству» 2-й степени подробно...
16 марта 2015, 09:03
О дополнительных мерах относительно ускорения работ по капитальному ремонту жилищного фонда города Барды и реконструкции проселочной автомобильной дороги Ени Дашкенд – Умудалылар подробно...