Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263; 2019, № 1, maddə 9) 35-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasda “tibbi, defektoloji və psixoloji” sözləri “tibbi və defektoloji, habelə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji” sözləri ilə əvəz edilsin;

1.2. ikinci abzasda “sosial və psixoloji reabilitasiyasına” sözləri “sosial reabilitasiyasına, psixoloji reabilitasiya və psixoloji korreksiyasına” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12 (I kitab), maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281; 2014, № 11, maddə 1372; 2015, № 11, maddə 1272; 2018, № 5, maddə 885) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.7-ci, 9.1.6-cı maddələrdə, 11.1-ci maddənin üçüncü cümləsində və 16.3-cü maddədə “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin;

2.2. 11.2-ci maddəyə “psixoloqla” sözündən əvvəl “klinik (tibbi)” sözləri əlavə edilsin və həmin maddədə “sosial-psixoloji reabilitasiya və” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya, habelə” sözləri ilə əvəz edilsin;

2.3. 14.5-ci maddədə “sosial-psixoloji reabilitasiyasını” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiyasını” sözləri ilə əvəz edilsin və həmin maddəyə “psixoloq” sözündən əvvəl “klinik (tibbi)” sözləri əlavə edilsin.

Maddə 3. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə 582; Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli Qanunu) 5.6.3-cü maddəsində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681; 2006, № 2, maddə 75; 2007, № 1, maddə 5; 2016, № 2 (I kitab), maddə 195, № 12, maddə 2030) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 11.7.2-ci maddədə “sosial, psixoloji və digər kömək” sözləri ““Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, habelə sosial və digər kömək” sözləri ilə əvəz edilsin;

4.2. 13.2.1-ci maddədə “psixoloji-tibbi-pedaqoji reabilitasiyasını” sözləri “tibbi-pedaqoji reabilitasiyasını, habelə psixoloji reabilitasiyasını və psixoloji korreksiyasını” sözləri ilə əvəz edilsin.

Maddə 5. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 694; 2013, № 5, maddə 458; 2014, № 11, maddə 1346) 15.1-ci maddəsinə “psixoloji” sözündən sonra “reabilitasiya və psixoloji korreksiyası” sözləri əlavə edilsin.

Maddə 6. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 444, № 12, maddə 1210) 3.0.10-cu maddəsində “yardım, psixoloji reabilitasiya” sözləri “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190; Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 14.20-ci maddəyə “təşkil olunur” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilsin;

7.2. aşağıdakı məzmunda 32.3.18-1-ci maddə əlavə edilsin:

“32.3.18-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2019-cu il.

15 ноября 2019, 08:11

http://www.azertag.az

101—110 из 3607

4 октября 2022, 15:10

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный учитель» работникам образования, отличившимся в проведении предметных олимпиад и особыми достижениями в сфере подготовки учащихся   подробно...

4 октября 2022, 15:10

Распоряжение Президента Азербайджанской Республики О присвоении работникам образования Азербайджанской Республики почетного звания «Заслуженный учитель»   подробно...

4 октября 2022, 15:10

Распоряжение Президента Азербайджанской Республики О награждении работников образования Азербайджанской Республики медалью «Терегги»   подробно...

3 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О праздновании 150-летнего юбилея Омара Фаига Неманзаде   подробно...

3 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики О награждении группы лиц по случаю 50-летнего юбилея Федерации дзюдо Азербайджана   подробно...

3 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный деятель физической культуры и спорта» группе спортивных специалистов по случаю 50-летнего юбилея Федерации дзюдо Азербайджана   подробно...

3 октября 2022, 13:10

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Президентской стипендии студентам, поступившим в высшие учебные заведения Азербайджанской Республики в 2022/2023 учебном году   подробно...

29 сентября 2022, 16:09

Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2023 года в Aзербайджанской Республике “Годом Гейдара Алиева”   подробно...

22 сентября 2022, 13:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, капитальному ремонту и восстановлению здания полной средней школы села Забух Лачинского района   подробно...

22 сентября 2022, 13:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, капитальному ремонту и восстановлению здания полной средней школы номер 2 города Лачин   подробно...