“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2012, № 10, maddə 952; 2013, № 11, maddə 1333; 2014, № 10, maddə 1214, № 12, maddə 1550; 2017, № 9, maddə 1634; 2018, № 5, maddə 968) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “18-ci maddəsinin ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzaslarında,” sözləri əlavə edilsin;

3.2. 2.24-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.25–2.27-ci bəndlər əlavə edilsin:

“2.25. həmin Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;

2.26. həmin Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;

2.27. həmin Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin dördüncü abzasında “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 sentyabr 2019-cu il.

16 сентября 2019, 08:09

http://www.azertag.az

2471—2480 из 3607

29 декабря 2015, 09:12

О помиловании ряда осуждённых лиц   подробно...

29 декабря 2015, 09:12

О назначении С.Э.Мамедова председателем Открытого акционерного общества «Азерйолсервис»   подробно...

25 декабря 2015, 09:12

Об утверждении Соглашения между Правительством Азербайджанской Республики и Альянсом цивилизаций Организации Объединенных Наций о проведении 25-27 апреля 2016 года в городе Баку 7-го Глобального форума   подробно...

24 декабря 2015, 10:12

О назначении Р.Э.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Казахстан   подробно...

24 декабря 2015, 10:12

О назначении Г.С.Зейналова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Туркменистане   подробно...

24 декабря 2015, 10:12

Об отзыве Ш.Ш.Абдуллаева с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Арабской Республике Египет и одновременно в Республике Судан, постоянного наблюдателя Азербайджанской Республики при Лиге арабских государств   подробно...

24 декабря 2015, 10:12

Об отзыве В.И.Садыгова с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Итальянской Республике и одновременно в Республике Сан-Марино, Республике Мальта и постоянного представителя Азербайджанской Республики при Продовольственной и сельскохозяйственной организации, Всемирной продовольственной программе, Международном фонде сельскохозяйственного развития Организации Объединенных Наций   подробно...

24 декабря 2015, 09:12

Об отзыве Э.З.Керимова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Болгария   подробно...

24 декабря 2015, 09:12

Об отзыве Д.М.Шикарова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Исламской Республике Пакистан   подробно...

24 декабря 2015, 09:12

Об отзыве Т.А.Рзаева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Кувейт   подробно...